Вы остались недовольны услугами или продуктом какой-либо компании?
Либо остались довольны?
Поделитесь вашим опытом со всеми на Bələdçi.az
Постоянно списываются деньги, ничего не подключаю. Дозвониться невозможно до вас баксель. Это отвратительно и неуважительно к вашим клиентам.
Заблокировали карту уже 4 дня, не предупредив, по каким-то техническим причинам. Оставили меня без средств. Подала жалобу в полицию
Bir neçə nömrə qeyd etmisiniz sosial şəbəkələrdə, amma heç birinə cavab vermirsiniz? Nə sualımız olsa, hara müraciət etməliyik?
Nar full 10 paketi əvvəllər normal idi və qiyməti 9 AZN təşkil edirdi. 1 ay internetdə çatırdı dəqiqədə. İndi qiymət 10 AZN olandan bu yana heç kim 2 gb-la ayın sonuna çatmır. Su yerinə gedir mb-lar. 2-3 dəfə paketi yeniləməli oluruq. Bu cür dələduzluq və oğurluqlara görə nömrəm dəyişəcəm ya sim ya cinə keçəcəm. Sizin şirkət camaatı doluyub.
Noyabırın 18-dən paltar yuyan almışıq və çatdırılma edilib. 4 gündü bir usta göndərə bilmir Baku Electronics ki, bu paltar yuyanı quraşdırsınlar. Mən başa düşmürəm, paltarlarımızı gətirib mağazada yumalıyıq Baku Electronics-in ustası gələnə kimi? Dəhşət zəhləm getdi bu firmadan. Servis 0. 0-dan da aşağı rəqəm olsaydı onu yazardım.
Rəylərin bir neçəsini oxudum, demək olar ki, şikayət edənlər sərnişinlərdir. Mən bir sürücü kimi fikrimi bildirmək istəyirəm. Sürücülər mütləq imtahan verməli alko-narko analiz yoxlama, danışıq yəni sərnişinlə rəftar və maşın sürmə imtahanından keçməlidirlər mütləq şəkildə və ən vacibi pulsuz keçməli imtahandan qanuni şəkildə. Nə qədər ki, bu ölkədə rüşvət alıb narkoman, alkaşa, danışıq qabiliyyəti olmayan, sərnişinlə adam kimi rəftar etməyi bacarmayan rüşvət alıb maşın veriləcək və ya lisenziya veriləcək, bu belə də davam edəcək. Mənim maşınım 2013 cü ilin maşınıdır bir çox təzə maşınlardan rahat, dözümlü, komfortlu və hər zaman təmizdir ən önəmlisi isə təhlükəsizdir. Özümdə 30 ilin təcrübəli sürücüsüyəm bir dəfə belə olsun qəzam olmayıb. Yəni demək istəyirəm ki, mənim kimi sürücülər kölgədə qalıb, Bolt şirkəti təcrübəli sürüculərə yox narkomanlar üstünlük verir çünki onlar robot kimi işləyir arada şirkət qazanır ama milləti fikirləşmir şirkət. Mən artıq 3 gündü Boltda çalışa bilmirəm, Bolt şirkəti deyir ki, 2013 ilin maşını köhnədir gedin özünüzə təzə maşın alın. Mənim kimi professional sürücüləri artıq taksidə görməyəcəksiz, yalnız narkomanlarla rastlaşacaqsız. Əziz sərnişinlər (müştərilər) yaxınlarıvızın canını təhlükəyə atmayın, tələb edin tələbkar olun. Bolt şirkətinə istefa deyək ya da normal sürücü, eybi yox köhnə maşın olsun əsas odur ki, sürücü təcrübəli olsun, narkoman olmasın. Allaha əmanət olun
Продолжить чтение...1) Нагло крадете денег у своих пользователей, втихаря подключаете платные сервисы 2) Связаться с вами очень трудно. Если звонить, заставляете ждать час в очереди, тратишь денег пока ждешь опять же. Пишешь в чат, опять же очередь, могут через час ответить. Получается, каждый кто пишет вам, должен сидеть перед компом и ждать, пока вы соизволите ответить... через час, два, а может и три. 2) Через приложение хочу зарегистрироваться. не приходит код подвтерждения на номер. 3) Невозможно проверить баланс. Или платно, а набирая код, опять же невозможно получить информацию 4) Тарифы очень дорогие
Продолжить чтение...Altes plazadakı Grandmart kassirləri çox kobuddurlar və pullarımı dəfələlərlə əskik qaytarırlar və aqressiv danışırlar. Və heç bir yetkili şəxs yaxınlaşıb bir söz demir!
Müştərinin xəbəri olmadan. Xidmətə qoşub hər gün 0.29 qəpik çıxırsınız. Heç bir əlaqə nömrəniz işləmir, daha döğrusu cavablandırmırsınız. Email ilə də şikayət ünvanlamışam. Heç bir cavab ala bilməmişəm, Sizin özbaşına olaraq sevimli cin xidmətinə nömrəmi qoşduğunuza görə hər gün vəsait çıxırsınız. Bunu necə ləğv etmək olar?
Sizə kim icazə verib anlamıram, özünüzdən mənə internet paket açmısınız? Hər dəfə pul çıxırsınız məndən. Mən bağlayıram, siz öz başınıza yenə açırsınız. Bu nə deməkdir? Qıraq tullayaq nömrəni?
Problem 2-3 aydır düzəlmir. Yəqin Kartda olan pulları 2-3 fırladıb pul qazanırlar. Ya tətbiqi düzəldin, ya da pulları qaytarın! Özbaşınalıqdan başqa bir şey deyil bu.
Dünən gecə televizor asılmışıq, guya endirim var, qara cümə 1400 manatlıq televizor evə gəlib ekran yanıq, gələn kimi məlumat vermişik, deyir, bizlik heç nə yoxdur, yəqin özünüz qırmısınız. Ay millət, heç nə almayın, oradan insanları defekt mallarla dolandırırlar.
Operatorlar kömək göstərmir, daim məşğuldurlar, kimə xidmət edirlər bunlar! Hamı şikayət edir.
Bakcell çox yarıtmaz işləyir. Camaatın cibinə girərək pul qazanırsınız. Müştəridən xəbərsiz onu pullu funksiyalara abunə edirsiniz, heç bir əsas olmadan hesablarımızdan pul silirsiniz. İndi də müştəridən xəbərsiz Sevimli Cin xidmətini aktivləşdirirsiniz. Bunun adı quldurluqdur. Belə getsə, müştəriləriniz sizi tərk edəcəklər. Təəssüf ki, cavabdeh orqanlar görməzlikdən gəlirlər.
İnternet çox bərbad işləyir. Ödənişi yeni etməyimizə baxmayaraq, ilişib qalır internet. Çoxlu problemlər yaradır. Mb belə provayderin internetindən rahat işləyir. Belə biyabırçılıq olmaz.
Azeronline отвечает:
Çətinliyiniz üçün təəssüf edirik. Sorğunuzu müvafiq şöbəyə yönləndirdik.
İnternet yoxdur, yazırıq da, vecinizə deyil, qiyməti də qaldırdınız, keyfiyyət yenə yoxdur, internet kəsilir. Operatora düşmək olmur. Çox pis.
Azeronline отвечает:
Salam. Xəttiniz artıq aktivləşib.
Ужасно работает. Дозвониться не реально. Узнать что то не реально. Связи с оператором нет. Цене на разговор есть, 8 копеек а за что? Через приложение bakcell добралась до чата один раз, второй раз уже не реально. Снимают деньги по 0.59 копеек, непонятно за что. Это вообще не сервис, это издевательство над абонентами.
Salam, hər kəsi salamlayıram. Hələki bir razılığım yoxdur, 20 gündür qoşulmaq üçün müraciət etmişəm, bu gün içində də bəlkə 10 dəfə zəng etmişəm, hələ də maraqlanan yoxdur.
Azeronline отвечает:
Salam. Zəhmət olmasa abunə kodunuzu qeyd edin. Sorğunuzu yönləndirək.
Çox narazıyam, 17 gündür müraciətim hələ də həllini tapmır.
İnternet kəsilibsə, dərdimizi deməyə yer yoxdur. 170-ə zəng edirsən, deyirlər müraciətiniz qeydə alındı, sizinlə əlaqə saxlanılacaq. Amma 2 sutka tamam olmağa az qalır, hələ də internet yoxdur.
Постоянно не приходит код для входа в приложение, отвратительные услуги, какие-то странные списания
Ужасно! Все время списывают у меня деньги, за что я так и не поняла. Подключают меня к интернету и списывают деньги, а я пользуюсь азерсель интернетом. Пару раз звонила и говорила отключить меня от интернета. Сейчас опять прислали сообщение об интернете. До оператора дозвониться не могу. И еще разговор с оператором платный. За последние годы баксель работает все хуже и хуже. Я решила отказаться от услуг бакселя
Rus dramteatrın yanında olan Azza işçiləri çox bərbad, kobuddurlar. Başqa müştəri yanında müştəriyə çox kobud rəftar edirlər, ləng işləyirlər. Bu gün seçdiyim malları kassada atıb çıxdım, halbuki Azzanın daimi müştərisi olmuşam.
Salam. Ödəniş edə bilmədiyim üçün növbəti aydan internet xidmətini dayandırmaq məcburiyyətindəyəm. Xahiş edirəm, müraciətini qeydə alarsınız. Əlaqə nömrəsi: 05********
Azeronline отвечает:
Salam. Zəhmət olmasa qaynar xəttimizlə əlaqə saxlayardınız.Qaynar xəttimizlə əlaqə : 8220 və ya (012) 450 20 20
Görəsən hansı səbəbə bu mega çıxıb. İnternet yox dərəcəsindədir. Müəlliməm. Heç bir online dərsimi keçə bilmirəm. Zəng edirsən ərazidə iş gedir deyirlər. Həftələrlə iş gedirmiş amma heç bir əməkdaş yönləndirilmədən. Yalanın da biri bir qəpikdən.
Salam, Sizin xidmət mərkəzləri ilə əlaqə yaratmaq mümkün deyil. Nomrələriniz cavab vermir. Balans yükləmişən 8 saatdır, xəttim açılmır. Xidmətləriniz çox aşağı səviyyədədir.
"Daimi istifadə etdiyim şirkət olsa da, çox şikayətçiyəm. Sifariş qəbul edilir, amma sürücü yerindən tərpənmir, göstərilən dəqiqə artıqca artır, nə yazır, nə zəng edib məlumat verir. Çox zaman isə təyi..."
— Aziza
"Salam. Bakcell şirkəti mənə zəng vuraraq dedi: "Azercell nömrəni keçirin Bakcellə, sizə yeni tarif verək — 29 AZN, 40 GB və 2500 dəq." Onnan sonra 1-2 ay keçən kimi avtomatik olaraq özləri keçirib "Da..."
— Elçin
"Megalink çox bərbad bir şəbəkədir, başqa heç bir söz yoxdur."
— Şahin
"Mən işçi olaraq sizdən cavab ala bilmirəm, nə insan resursları, nə də rəsmisi səhifəniz mənə işdən çıxış barədə məlumat verilməyib. Vəkilim gələn kimi Azərbaycana ilk işim sizi məhkəməyə vermək olacaq..."
— Fəxriyar
Azeronline отвечает:
Salam. Belə bir hal ilə qarşılaşdığınız üçün təəssüf edirik.Zəhmət olmasa abunə kodunuzu qeyd edin sizə dəstək olaq.