Bolt жалобы и отзывы
Вы пользовались услугами этой компании?
-
Kartımdan Bolt pul çıxır, gediş haqqı olmadığı halda bunu təcili düzəldin!!!
Перевести
-
Çox bərbad sürücülər var. Ümumiyyətlə deyərdim ki, sürücülərə nəzarət etmirsiniz. Bu gün Binəqədi üzrə taksi çağırdım; düz 6-7 dəfə sürücü mənə dedi ki, məni təyinat nöqtəsinə aparmayacaq və gedişi ləğv etdi. Tövsiyə olunur ki, buna bir nəzarət gətirilsin.
Перевести
-
Salam, sifarişi qəbul edir, sonra yazır ki, atkaz edin
Перевести
-
Salam. Taksi sifariş verdim. Suraxanı 20 Yanvar 8.9 manat yazdı. Mənzil başına çatanda isə 12 manat oldu. Səbəb?
Перевести
-
Bu gün Çaykənd kəndi ərazisində taksi lazım idi. Sürücü tapıldı. Sürücülər çox kobuddur, qiymətlə bağlı narazılıq bildirirlər. Ora yazılan qiymətlə razılaşmırlar və üstəlik adamın üstünə bozarlar ki, "imkan verin müştəri götürək". Ərazi seçimi edib taksi vurmaq istəyirəm; həmin ləğv edən taksi yenidən zəng edib ağzına gələni deyir. Tədbir görülsə yaxşı olar, müştərilərlə necə, adam kimi davranmaq lazımdır.
-
Dünən Türk səfirliyinin yanından Şərifzadə küçəsi, Günəş Petrolun yanına 5.90 manat yazmışdı. Çatanda bir də yoxladım, 5.90 qalmışdı. Amma sürücünün tətbiqində 8 manat göstərirdi. Nə üçün klienti aldadırsınız? Bizə bir qiymət, sürücüyə başqa qiymət göndərirsiniz? Bu nə qiymət siyasətidir? Haramınız olsun!
-
Harda səviyyəsiz narkomanlar var, boltdadı.
-
99 HQ 162 seriyalı. *** telefonu olan Mahir adlı şəxs bu gün artıq ödəniş istədi məndən. Ona razılaşdım. Naviqatorun 3 dəqiqə göstərdiyi yerə məni 22 dəqiqə gözlədib, yol kənarında gəldikdən sonra mənə "mən beləyəm, xoşun gəlmirsə şəxsi mülkümü tərk et" deyərək çox kobud danışdı. Xahiş edirəm bu kimi özbaşınalığın qarşısını alasınız. Hər on maşından yeddisi artıq ödəniş tələb edir, ona alışdıq amma bu qədər olmaz.
-
Salam, kartla ödəniş etmişəm. Sürücü əlavə gediş haqqı istəyir
-
Çox pis rəftar edirlər. (Kartla sifariş verdikdə gəlmirlər, yalanla “ay mən uzaqdayam”, “ay mən kartla sifarişə gəlmirəm” deyirlər. Kartla sifarişlərə zəng vurub deyirlər: “mümkünsə, qardaş, ləğv elə”. Görürlər ki, ləğv etmirsənsə, özləri ləğv edirlər). 77SJ012 ağ Sədəf BYD Destroyer05 markalı avtomobil. 07.06.2026 saat 14:18. Mənim sifarişim kartla olduğu üçün mənə zəng vurub yalandan gec gələcəyini deyərək ləğv etməyimi istədi. Mən isə onun yalanlarına baxmayaraq dedim ki, fərqi yoxdur, gəlin; o isə özü ləğv edib gəlmədi. Ona görə də sizdən xahiş edirəm ki, bu sürücü haqqında tədbir görəsiniz və onun bu hərəkətləri ilə bağlı mənimlə görüşdürüb mənə üzr istəməsini təmin edəsiniz. Zəhmət olmasa, tədbir görəsiniz.
Продолжить чтение...
Bələdçi.az не имеет никакого отношения к Bolt. Все отзывы добавлены индивидуальными пользователями. Bələdçi.az не несет ответственность за содержание и правдивость опыта. Рейтинг компании вычисляется на основе оценок, данных пользователями.
bolt в Баку отзывы, болт отзывы в Баку, жалоба Bolt, bolt пожаловаться, болт жалоба, Bolt акции, Bolt продукты, Bolt кампании
в Баку
