App Приложение Bələdçi
Скачайте бесплатно!
Скачать
Bələdçi.az
McDonald's
McDonald's

McDonald's жалобы и отзывы

Ресторан Ресторан
★
☆
☆
☆
☆
1.5 / 5.0
Рейтинг: Плохо

McDonald's предоставляет ресторанные услуги в Азербайджане. На этой странице вы можете прочитать жалобы и отзывы про McDonald's. Также вы можете оставить свой собственный отзыв про McDonald's.

Вы пользовались услугами этой компании?


5 ★
0%
4 ★
0%
3 ★
12%
2 ★
9%
1 ★
74%
  • А
    Аноним 20 дней назад
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Sizi Sumqayıt şəhərində yerləşən, Bağçaşəhər yaşayış kompleksində olan Mcdonalds restoranından narahat edirik. Bu restoranda bəzi işçilər var ki, subordinasiya qaydalarını pozur. Hansı ki, həmin işçilərin vəzifəsi briqada üzvlərinin vəzifəsindən yuxarıdır. Hətta təlimatçı vəzifəsində olan işçilər var ki, özündən aşağı vəzifədə olan işçilərə qarşı aqressiv cavablar verir, səslərini yüksəldirlər. Bu təlimatçılardan biri də Hüseynzadə Elnurdur. Bu əməkdaş restoranda özünü "direktor" kimi aparır. Çox sərt və aqressiv danışır briqada üzvləri ilə. Hətta bəzi xanım işçiləri lağa qoyur. Adi bir problemə görə hər gün izahat yazmağımız üçün menecer otağına yaxınlaşmağımızı bizə sərt və aqressiv şəkildə əmr edir. Xahiş edirik, bu əməkdaşla bağlı bir tədbir görülsün. Hətta bu insan məni o həddə çatdırıb ki, ərizəmi yazıb işdən belə...

    Продолжить чтение...
  • ★
    ★
    ★
    ★
    ★

    Deməli McDonald's Gənclik filialında dondurma, qəhvə satılan yerdən Mac sundae dondurma aldım. Kassa əməliyyat sistemi çox anormaldır. Sifariş elədim və extra şokoladlı olmasın demədim, unutdum. Və hələ hazır etmədən dedim əlavə edərsiniz, ödəniş edim 0.50 qəpik, qeyd etdi ki xeyr, mümkün deyil. Deyirəm necə mümkün deyil axı? Hazır deyil, əlavə edin, ödənişinizi alın da. Sonra dedim eybi yox, qalsın. Dəqiqələrcə gözlədikdən sonra deyir ged kassadan götür, işləmir aparat, belə olar?

  • А
    ★
    ★
    ★
    ★
    ★

    Salam. "McDonald's" "Gənclik Mall" restoranının rəhbərliyindən bir sıra şikayətlərim var. Hansı ki, bu restoran daxilində özbaşınalıq baş alıb gedir. Belə ki, restoranın direktoru direktor olaraq yox, insanlıq olaraq bəzi problemləri var. Qarşısındakı aşağı vəzifəli şəxslərə qarşı saymamazlıq edir və həmin insanlara qarşı mənasız dərəcədə pis davranır. Bununla yanaşı restoran daxilində olan bəzi şəxslərə iş mühitindən kənar yaxınlıq göstərir. İstər dost, istər başqa münasibət olsun. Belə ki, restoranda çalışan bir xanım ilə olan dostluq və ya başqa bir əlaqəsinə görə bu xanım standartları düzgün bilmir və işinə laqeyd yanaşır. Hansı ki, assistənt-2 vəzifəsində çalışmasına baxmayaraq işdə məsuliyyətsizlik edir və bu, direktor tərəfindən görməzdən gəlinir. Bu da restoran daxilində hüzursuzluqlar yaradır və digər məhsul şəxslərin, "McDonald's" restoran zəncirində yetişmiş şəxslərin (bəzilərinin təcrübəsi 10 ildən çoxdur) rəqib şəbəkələrə getməyinə səbəb olur. Direktorun rəftarları bununla da bitmir. İş mühitində kommunikasiya qaydalarını pozaraq işçilərin bəzilərinin şərəf və ləyaqətinə zərər verəcək ifadələr işlədib. Ancaq bunu hər kəsin içində yox, təklikdə edir. Çox xahiş edirəm, direktor haqqında tez zamanda tədbir görülsün. Diqqətiniz üçün minnətdaram.

    Продолжить чтение...
  • ★
    ★
    ★
    ★
    ★

    Salam. Nərimanov filialında təqdimatçı Nərmin yazılıb qadının yaxalığında, çox kobud cavab verir. Ağız büzür. Müştərilərlə yersiz danışır.

  • ★
    ★
    ★
    ★
    ★

    Südlü şokoladın 1 saatdan çox vaxtda hazırlanmalı olduğunu bilmirdim. Hər halda bu da yenilikdir. 17:41-də sifariş etmişəm, 18:33-dür, hələ də ortada yoxdur. Yasamal filialında bu cür hallarla qarşılaşmağınız mümkündür.

  • ★
    ★
    ★
    ★
    ★

    Men McDolans Hipermarket filialından dəfələrlə menu alıb gəlirəm, evə görürəm, nəyisə əksikdi, bir dəfə 4 ədəd cola əksik idi, sonra sous sonra fri. İndi aldım, gəldim, evə burger əksik, yaxın olsa, durub gedərdim, 10 AZN vermək istəmirəm taksiyə, artıq əsəbdən boğularam, nə qədər səhv olar?

  • ★
    ★
    ★
    ★
    ★

    Qaraçuxur qəsəbəsindən sifariş etdik kartla. Nə zakaz gəldi, nə pul qaytarıldı. Yalandan dedilər ki, ünvan səhv yazılıb, halbuki bu bizə aid olmayan texniki problem idi. Xahiş edirəm, pulu qaytarsınlar və vaxtımızı və əsəbimizi korladıqlarına görə Nərimanov rayonunda yerləşən McDonalds bizə kompensasiya etsin.

  • ★
    ★
    ★
    ★
    ★

    McDonald's Nefçilər filialında servis bərbatdır. 30 dəqiqə gözlədim, sifariş gətirilmədi. Neçə dəfə bilirik ki, bəs niyə sifariş gəlmir? Yenə də düzəliş etmədilər. Sonda səbrim tükəndi və çeki apararaq pulumu geri istədim, heç bir üzürxahlıq edilmədi.

  • А
    Аноним 1 год назад
    ★
    ★
    ★
    ★
    ★

    Mən Gənclikdə ki olan sizin bu filialınızda oldum! Cox təəsüf edirəm ki oranın meneceri işçiləri sıfırdı. Nə etika,nə davranış qabiliyyəti. Onlar orada özlərini menecer kimi yox müdirriyət kimi aparırlar! Hal bu ki nə savadları, nə yaşları ona çatmır. Subordinasiya yox, təzə işçilərlə özünü aparmaq yoxdur! Bu nədir oranı yığmısınız! Təzə gələn stajorlarla, nə yaşına, nə təhsilinə önəm vermiyib özlərini aparmaq qabiliyyəti yoxdur!!! Özlərinə qarşı təzə qələn stajorlardan istifadə edib kobud, özünən razı davranırlar, amma özləri isə istifadəcilik edib və vəzifəsindən istifadə edib, özlərini apara bilmirlər! Stajoru o qədər yorurlar ki hal qalmır qonağı bir gülər üzlə qarşsınıar. Bir tədbir görün! Yoxlama işciləri! Ağlınız xarıcə getməsin! Bizdə uşağ muşaqa vəzifə vermək, ona 5 yaşında əlinə taxta vermək kimidir! Kimi istəyirsən vur!!!

    Продолжить чтение...
  • ★
    ★
    ★
    ★
    ★

    Təəssüf ki, bu filialda yaşadığım təcrübə son dərəcə mənfi oldu. Xidmət səviyyəsi çox aşağıdır: personal müştərilərlə çox kobud davranır və öz vəzifələrini yerinə yetirərkən sanki bir lütf edirmiş kimi yanaşır. İşçilər elə təəssürat yaradır ki, guya elə indi hərbi bazadan çıxıblar, üzlərində nə gülərüzlük, nə də müştəriyə hörmət var. Bu cür münasibət dünya brendi olan McDonald’s adına yaraşmır. Ümid edirəm ki, rəhbərlik bu məsələ ilə ciddi şəkildə maraqlanacaq və vəziyyətə müdaxilə edəcək.

Bələdçi.az не имеет никакого отношения к McDonald's. Все отзывы добавлены индивидуальными пользователями. Bələdçi.az не несет ответственность за содержание и правдивость опыта. Рейтинг компании вычисляется на основе оценок, данных пользователями.

mcdonalds в Баку отзывы, макдоналдс отзывы в Баку, жалоба McDonald's, mcdonalds пожаловаться, макдоналдс жалоба, McDonald's акции, McDonald's продукты, McDonald's кампании в Баку

📲  Скачайте мобильное приложение Bələdçi бесплатно!

Открывайте проверенные отзывы, делитесь своим опытом и следите за друзьями. Принимайте более взвешенные решения о компаниях и ресторанах в Азербайджане. Скачайте Bələdçi бесплатно и станьте частью сообщества, формирующего репутацию.

Скачайте мобильное приложение Bələdçi бесплатно!

Бесплатная программа лояльности для вашего ресторана или кофейни

Возвращайте клиентов и увеличивайте продажи с Bələdçi Card — полностью бесплатной цифровой штамп-программой лояльности для ресторанов и кофеен. Запуск за 1 день.

Скачайте мобильное приложение Bələdçi бесплатно!
Хотите анонимно написать жалобу про McDonald's? Написать отзыв