Реальные отзывы об услугах, компаниях и ресторанах в Азербайджане
Вы остались недовольны услугами или продуктом какой-либо компании?
Либо остались довольны?
Поделитесь вашим опытом со всеми на Bələdçi.az
Избранные категории
- Магазины одежды
- Сотовые операторы
- Интернет-провайдеры
- Такси
- Красота и уход
- Клиники
- Центры образования
- Отели
- Карго
- Развлечения
- Зубные врачи
- Цветочные магазины
- Автосервисы
- Кафе
- Учеба за границей
- Спортзалы
- Пабы и бары
- Химчистка
- Для детей
- Страховые компании
- Доставка воды
- Ремонт техники
- Спорт. товары
- Ветерианры
Хотите анонимно написать отзыв про какую-то компанию?
Написать отзывПоследние отзывы
-
Sürücü bizi götürmədən gedəcəyimiz ünvana getdi. Pulu kartla ödəyəcəkdik, avtomatik ödəniş çıxdığı üçün onun üçün rahat oldu və bizi götürüb ünvana çatdırmağa ehtiyac görmədi. Sürücünün maşını 90 Y 329, sürücünün adı Faiqdir. Şəklini isə yerləşdirdik. Bizim başımıza gəldiyi üçün bu məlumatı yazırıq, inanırıq ki, tədbir görüləcək.
-
Çox pis bankdır, Oba Marketdə işləyirəm, rəsmi gəlirim olmasına baxmayaraq kredit vermir, hamıya paylaşacağam rəyi.
-
Suraxanı rayonu, İlham Şükürov döngə 2 351 B ünvanına Bolt taksiləri, Econom olanlar gəlməkdən imtina edirlər, sifariş verən kimi yazırlar ki, imtina et, ya da şəhərdə olan da bu ünvana heç kim getmək istəmir.
-
Araz Space superstore-dakı Kamran adlı mühafizəçi 23.12.2025-ci il tarixində mənim Rossmandan hər hansı bir məhsula əyib baxdığım zaman cibimə qoyduğumu əmin şəkildə bildirdi. Mənimlə sərt danışdı, iddiasını sübut edə bilməsə də, üzr istəmədi. Sona qədər də kobud davrandı, qeyri-etik davranış sərgilədi!
-
Salam, Elmlərdə yerləşən Araz minimarketdə işləyən dönər hazırlayan qadın müştərilərlə çox kobud rəftar edir və üz mimikaları da çox aqressivdir. Bu gün dərs çıxışı marketdə qrup yoldaşlarımla oturub bulku yeyəndə həmin işçi bizə qışqıraraq sərt bir şəkildə 'oradan durun' dedi, amma orada gözləyən yox idi, olsa biz də başa düşürük ki, durmaq lazımdır, həm də biz yeməyimizi bitirməmişdik, qısaca çox hörmətsiz yanaşdı və sırf buna görə bir daha o marketə girməyəcəyik.
-
İnşaatçılar metrosunda olan filialınızdan çox narazılıq. Xüsusən orada çalışan xanımdan. Bu gün həmin xanım kassada idi, demək nəğd ödənişdən pulumu 3 qəpik az qaytardı, əlimdə məhsullar olmasına baxmayaraq paket vermədi, pulumu 3 qəpik az verincə insaflı davranıb paket versəydi dünya dağılmazdı ki. Mən 3-4 qəpik az ödəsəm, məhsul satmazsınız axı. Bu artıq 5-6-cı dəfədir bu vəziyyətə görə həmin filiala ayaq qoymaq istəmirik.
-
Sifarişi verdiyim qara tozsoranın əvəzinə qızıl rəngli tozsoran göndəriblər. Sifariş verdiyim malın qiyməti 175 AZN olduğu halda göndərilən malın qiyməti 134.99 manatdır. Zəmanət sənədi göndərməyiblər, əgər sifariş verdiyim məhsul yoxdursa, onun yerinə ucuz və başqa məhsulu niyə göndəriblər? 134.99 manatlıq məhsulu göndərib üstünə 175 AZN yazıblar. Qabaqcadan ödənişi etdiyimə görə indi pulun qayıtmasını ən azı 2 həftə gözləməliyəm. Bir marketlə telefon əlaqəsi yaratmaq mümkün deyil. Telefon birtərəfli işləyir. Qaynar xəttə zəng elə, sonra gözlə nə vaxt əlaqə yaradacaqlar. Əsəblərinizi qorumaq istəyirsinizsə, bir marketdən heç nə zakaz etməyin.
Продолжить чтение... -
Bu şəbəkədən hamı narazıdır, nə internet işləyir, nə də danışıq zəngi; operatora zəng olunanda cavab vermirlər, çox adam deyir ki, mobil şəbəkəni dəyişəcəm.
-
Salam, mən səhvən XX XXX XX XX nömrəsinə 83 AZN kontur vurdum, 1 bankla geri qaytarmaq istəyirəm, xahiş edirəm, kömək edin.
-
Salam, axşamınız xeyir. Mənim yoldaşım taksi sifariş edib, Neftçilərdən Xırdalana 9 manat 50 qəpik yazmışdı. Sürücü xəbərdarlıq etmədən çöl yoldan sürüb, yeni kilometrajı artırıb və 18 manat pul alıb. Xahiş edirəm bu haqda tədbir görəsiniz, yoxsa mən özüm görəcəyəm. Maşının markası BYD Destroyer 05 90YT298. Çox xahiş edirəm bu işlə maraqlanasınız. Mən 20 ildir Moskvada yaşayıram, hələ belə şeyə rast gəlməmişəm.
-
Отвратительно работают: 2 дня подряд неправильно дают адрес курьеру, из-за этого нет доставки. Очень недовольна.
-
Bəlkə 3 həftədən çoxdur ki, sifarişim gözləmədə qalıb, nə ləğv edirlər, nə də təsdiq qalmışam, belə heç nə sifariş edə bilmirəm.
-
Hər dəfəki kimi karta mədaxil edirəm, pul gec oturur. Dünən axşam yenə pul mədaxil etdim, kartıma hələ də oturmayıb. Bu gün 5 dəfə zəng edirəm, hələ də bir xəbər yoxdur, camaatı niyə aldatırsınız?
-
Südlü şokoladın 1 saatdan çox vaxtda hazırlanmalı olduğunu bilmirdim. Hər halda bu da yenilikdir. 17:41-də sifariş etmişəm, 18:33-dür, hələ də ortada yoxdur. Yasamal filialında bu cür hallarla qarşılaşmağınız mümkündür.
-
Безобразная компания. Платить 25 ман в месяц за воздух. Стабильно 1-2 раза в неделю не работает интернет. По несколько часов. И каждый день сбои на несколько минут.
-
Xidmət yoxdur, insanları aldadırsınız, hər gün eyni problem, eyni üzr ifadələri! Xalqın pulunu alıb insanları aldatmaqla sizdən şirkət olmaz!
-
Bu gün saat 13:00-də həyat yoldaşım və oğlum həmişə istifadə etdiyimiz və razı qaldığımız Bolt taksi xidmətindən Masazırdan Sumqayıta klinikaya sifariş veriblər. Toyota Fielder markalı 77-NQ-570 nömrəli taksi sürücüsü Masazırdan hərəkətə başladı və Saray qəsəbəsində yolun ortasında xəstə oğlumu və həyat yoldaşımı düşürərək, "mən təcili getməliyəm" deyərək, üzr istəmədən kobudcasına yüksək sürət yığaraq uzaqlaşdı, yoldaşım utanaraq 5 AZN pul da verdi. Xahiş edirəm belə qeyri-peşəkar kobud Bəxtiyar adlı sürücü barədə ölçü götürüb tənbeh edəsiniz.
-
Biabırçılıq. Aztelekomda bir dənə proqramçı, şəbəkə sistemi bilən adam yoxdur! İnternet şifrələrini və ayarları sıfırlayıblar. İnternetə qoşulmaq olmur. Biraz əvvəl 5 nəfər zəng edib; hamısının kompüter anlayışı ibtidai sinif səviyyəsindədir və bu məsələni düzəltmək üçün bacardıqları şeylər: internet parolunu dəyişmək və yandırıb söndürmək 😂😂. Çox gülüncdür, şəbəkəyə qoşulmaqla bağlı problemi internet parolu dəyişməklə həll etməyə çalışırlar. Mən onlara başa sala bilmədim ki, əllərindəki paneldən ayarları dəyişmək lazımdır. Əvvəl 192.168.1.1-ə giriş edib özüm həll edirdim. Soruşuram ki, siz nə ixtisas bitirmisiniz, kompüterlə bağlıdır? Deyir yox, mən elə-belə oturub, sadəcə izləyirəm 😂 Biabırçılıq, vallah 😂😂😂 İbtidai dərəcədə kompüter anlayışları var.
Продолжить чтение... -
Taksi sifariş vermişdim. Maşın nömrəsi 77-VT-713, sürücü Səxavət çox kobud danışırdı. Belə sürücülər işə götürülməməlidir. Zəhmət olmasa, mənim sifarişlərimdə o sürücü çıxmasın.
-
Salam, sizə bildirmək istəyirəm ki, Culfa r-n, Dizə kəndində Nar şəbəkəsi bazar günündə dayanıb, işləmir, kəndin 70 faizi Nar istifadə edir, xahiş edirəm bu şikayətə baxasınız.
-
Operatorlar cavab vermir, balansımdan pul çıxır, əməkdaş mənimlə əlaqə saxlasın. 070 XXX-XX-XX.
-
Интернет часто пропадает. 31 манат в месяц за такое качество услуг это уже хамство!!!
-
Salam. Bu Birmarket bir sözlə məni daha bezdirib. Məhsul sifariş edirəm, səhv gəlir, ya neçə günə gəlir. Sonuncu ümumiyyətlə biabırçılıqdır. Məhsulu onlardan almışam. Planşet. Bir ay işlətəndən sonra satmaq istədim. Alan şəxs normal şəkildə IMEI kodunu yoxlamaq istədi, mən də icazə verdim. Məhsul gömrükdə bəyan edilməyib. Biabır oldum; alan şəxsin yanında elə bildilər ki, oğurluq mal satmaq istəyirəm. Şikayətimi bildirdim Umico-ya ki, malınızı qaytarsınlar. Aldılar, dedilər 14 günə diaqnostika nəticəsi bildiriləcək. Zəng edirlər ki, sizin dediyiniz problemi aşkar etmədik. Məhsulu qaytara bilmərik. Orada işçilərin necə olduğu bilinmir. Necə aşkar edilmədi? Mən bunu satmaq istəyirəm. Bəyansız məhsulu necə satım. Bunlar nə tip insanlardır?
Продолжить чтение... -
2 gündür əlaqə saxlaya bilmirik. İnternet yoxdur. Xidmət sıfırdır.
-
Ümumiyyətlə, vaxtında çox əla işləyirdilər. Market olandan sıfır xidmət. Ümumiyyətlə, mən bu gün bu proqramı sildim. Bu cür işləməklə çox getməz bu şirkət. Bir sözlə, bərbad xidmət.
-
Salam. Mən bu gün hardasa 12:08 radələrində taksi sifariş etdim Boltdan. 90-YT-844 nömrəli ağ rəngdə Chevrolet Cobalt. Sürücünün adı Rauf. Mən xahiş etdim ki, padruqam üçün sifariş etmişəm, telefonu sönülüydü, gözləyin. Amma o, yaxşı deyib, 1 dəqiqə keçməmiş imtina etdi. Zəng etdim, mənə dedi ki, taksini 10 dəqiqədən artıq gözlətdirmək olmaz. Halbuki 10 dəqiqə olmamışdı və mən xahiş etmişdim. Mən dedim ki, xanım gəlir, gözləyin, xahiş edirəm. Deyib telefonu üzümə söndürdü. Heç düzgün hərəkət deyil.
-
Salam, İnternet çox bərbaddır sizdə bilsəydim KATV qoşulardım, gəlsinlər, modemi götürsünlər, lazım deyil, biabırçılıqdır internetiniz.
Компании, на которые жалуются больше других
-
"Kartımdan Bolt pul çıxır, gediş haqqı olmadığı halda bunu təcili düzəldin!!!"
Перейти на страницу компании
— Sevda -
"Baksel müştəri xidmətləri insanları aldatmaqla, ələ salmaqla məşğuldurlar. Nömrə daşınması ilə bağlı müraciətimə baxmayaraq bir aydır on dəfələrlə əlaqə saxlamışam, amma heç bir səbəb göstərmədən “bir..."
Перейти на страницу компании
— Vüsal -
"Çox bərbad işləyir, nə də ki nömrələrinə heç bir zəng çatmır. Heç bir nömrəyə, internetdən götürdüyüm nömrəyə belə, zəng çatmır. Bununla bağlı tədbir görəsiniz, zəhmət olmasa. Pulu çöldən yığmırıq ki,..."
Перейти на страницу компании
— Anar -
"Bu şirkət çox bərbad şirkətdir. 10 ildir bunların müştərisiyəm, mən 4 aydır telefon aldığım şikayətə baxan yoxdur."
Перейти на страницу компании
— Ruslan
