Реальные отзывы об услугах, компаниях и ресторанах в Азербайджане
Вы остались недовольны услугами или продуктом какой-либо компании?
Либо остались довольны?
Поделитесь вашим опытом со всеми на Bələdçi.az
Избранные категории
- Магазины одежды
- Сотовые операторы
- Интернет-провайдеры
- Такси
- Красота и уход
- Клиники
- Центры образования
- Отели
- Карго
- Развлечения
- Зубные врачи
- Цветочные магазины
- Автосервисы
- Кафе
- Учеба за границей
- Спортзалы
- Пабы и бары
- Химчистка
- Для детей
- Страховые компании
- Доставка воды
- Ремонт техники
- Спорт. товары
- Ветерианры
Хотите анонимно написать отзыв про какую-то компанию?
Написать отзывПоследние отзывы
-
4 dekabr 2025-ci il tarixində, Bakı Heydər Əliyev Hava Limanında Azərbaycan Hava Yolları ilə Bakı–İstanbul (uçuş: J277, PNR: 9T7QZ7) və Bakı–Tbilisi (uçuş: J28233, PNR: 9DY6VH) uçuşlarım üçün bilet aldım. Bilet alışı prosesində 28 həftəlik hamilə olduğum açıq şəkildə görünsə də, hamiləliyimlə bağlı əlavə şərtlər, həkim rəyinə ehtiyac və ya təyyarəyə minməmək ehtimalı barədə mənə məlumat verilmədi. Bütün prosedurları tamamladıqdan və biletlərimi saxladıqdan cəmi iki gün sonra bir işçi həkim rəyinin olmamasını əsas gətirərək təyyarəyə minməyimdən imtina etdi. Bu, biletləri aldıqdan sonra son mərhələdə, əvvəlcədən xəbərdarlıq edilmədən baş verdi. Pegasus Airlines ilə hamiləliyimin eyni mərhələsində heç bir problem olmadan uçuşa qatıldım və heç bir həkim rəyi tələb olunmadı. Buna görə də Azərbaycan Hava Yolları işçilərinin münasibətini tamamilə özbaşınalıq hesab edirəm. Bu hadisə nəticəsində hər iki biletimi itirdim və 10.000 TL-dən çox maddi zərər çəkdim. Məsələ ilə bağlı onlarla e-poçt göndərməyimə baxmayaraq, heç bir üzr, əvəzedici uçuş, endirim kodu və ya həll yolu almadım. Nə əziyyətim, nə də maddi itkim ciddi qəbul edilmədi. Bu özbaşına təcrübənin izahını, itkimi kompensasiya etmək üçün əvəzedici uçuşun verilməsini və rəsmi üzr istənilməsini tələb edirəm. Bundan əlavə, oxşar vəziyyətlərin təkrarlanmasının qarşısını almaq üçün hamiləliklə bağlı uçuş qaydaları barədə aydın məlumat gözləyirəm və personalın bu mövzuda standart, aydın prosedurlara riayət etməsini gözləyirəm.
Продолжить чтение... -
Sürücü aldadıb!!! Başqa yerə aparıb və nalayiq təhqiramiz ifadələr işlədib, yolun ortasında sərnişinləri düşürüb! Maşında 3 yaşında uşaq olub, xanım və yaşlı kişi. Xahiş edirik, tədbir görülsün! Sürücü işdən qovulsun! Sürücünün adı Zülfüqar idi. 10 HE 808. Çangan A05, tədbir görülməsə, əks halda daxili işlər nazirinə və Baş Prokurorluğa o şəxs haqqında şikayət olunacaq. İşdən qovulsa, xəbər edin, biz bilək. Ayləm xəstəxanaya tələsirdi, özü də bilirdi, və bizi aldadıb və yaşlı kişini söyüb və Ayləni maşından yerə salıb!
-
Əlaqə nömrəsi yığılmır. İnternet yoxdur. Sahibsiz şirkətdir. Nəzarətsiz, heç kimə müraciət etmək olmur. Qəti bu internetdən istifadə etməyin. 1 ulduz belə onlar üçün çoxdur. Sadəcə rəy yazmaq üçün işarələdim.
-
İnternet kəsilib Buzovna qəsəbəsində, belə məsuliyyətsizlik olar, günortadan şəbəkə yoxdur, nömrələr cavab vermir, qaynar xətt yoxdur, də nə üçün lazımsız mobil paket istifadə edirdik deyə bu provayderin əvəzinə!!!!
-
İnternet səhərdən kəsilib. Nömrənizə düşmək olmur. Düzəlmirsə deyin, dəyişək provayderi. Belə olmaz axı.
-
Salam, hər vaxtınız xeyirli olsun. Mənim şikayətim var. Maşın nömrəsi yaddan çıxıb. Telefon nömrəsi var 070 5** XX 30. Gəlib çatıb, mən də çıxmışam qapıya, başqa sifariş götürüb çıxıb gedib.
-
90 YD 274 nömrəli taksi sürücüsü mənim Bakıda qonaq olduğumu bilmədən mənə deyir ki, sizə niyə zəng çatmır, ona hesabat verməliyəm? Sonra mənə dedi ki, düş maşından, əsəbidir; taksi işləyə bilmir, işləməsin. Hər kəs öz sənətinin nökəri olmalıdır, bacarmırsan işləmə; taksidə nə işi var?
-
Salam, mən Ağdam rayonundan yazıram. Mən hər ay 25 AZN ödəyirəm. İnternetin tutumu çox zəifdir. Aylıq olub 28 gün, qiymət baha: 25 AZN, tutum zəif. Yeni gələn şirkətlər 18 AZN təklif edirlər. Bunlar nəzərə alınmasa, başqa şirkətlə müqavilə bağlayacağam
-
Salam, dünən Bolt Poçt ilə bağlama göndərildi. Gediş haqqı 3.10 olduğu halda sürücü sərt şəkildə məndən 4.50 manat dedi, hətta 5 manat verdim, qalığı qaytarmadı. Toyota Prius 77XP318, Şamil. Belə hadisələrə görə sərnişinlər sizin xidmətlərdən imtina edirlər. Çox xahiş edirəm, bir tədbir görəsiniz!
-
Əlaqə saxlamaq olmur, internet yoxdur. Ya cavab verin, ya da başımızın çarəsinə baxaq. Başqa xidmətlərə müraciət edək.
-
Axşamınız xeyir. Müharibə veteranıyam, 80 manat pensiya alıram. Bu ay kartıma -40.78 borc düşüb, bunun səbəbi nə ola bilər?
-
Dəfələrlə sizə zənglər vurub şikayətimi deməyə cəhd etsəm də bir telefon belə mənə cavab vermədi. Mən təqaüdçüyəm və aldığım konturları mənim icazəm olmadan götürməyə heç kim icazə vermir. Əgər bu sorğuma da cavab gəlməsə, hüquq sisteminə müraciət edəcəyəm.
-
Mənim balansımda 7 manat var, gərək hər gün kontur vurum ki nömrəm açıq qalsın, bu nə proqramdır?
-
Salam, bu gün taksi zakaz etdim. Bizdən uzaq olduğu üçün yolun əks istiqamətinə keçməyi istədi. Razılaşdıq. Uşaq qucaqda, o yolda da piyada keçidi aşağıda olduğu üçün yol 4 dəq çəkdi. Maşına yaxınlaşanda maşın getdi və zakaza otkaz yazdı. Bu nə dərəcədə düzgündür? 77VX114 Elçin Gözelcə
-
Bu gün Xırdalan, Günel ticarət mərkəzindən evə gələrkən İsmayıl adlı sürücü bizimlə çox kobud rəftar etdi; alternativ yol təklif etdiyimizdə bizə 3.50 manat əlavə ödəniş etməyimizi tələb etdi, nə yazacaq onu da verəcəyik deyirik, mənə naviqator haranı göstərirsə, mən oradan gedəcəyəm dedi, 4 xanım olduğumuz halda onun getdiyi yol bizə uyğun olmadığından məcbur olub taksidən düşüb avtobusa minmək məcburiyyətində qalmışıq. Onun bu hərəkəti, səsini yüksəltməsi, əlavə ödəniş istəməsi bizi çox əsəbləşdirdi, xahiş edirəm ölçü götürəsiniz.
-
Salam, mən aylıq 25 manat internet pulu, 2 manat da telefon pulu ödəyirəm; bu tarif mənim büdcəmə uyğun gəlmir, istəyirəm interneti ləğv etdirib başqa şəbəkəyə qoşulum.
-
Zəng vuranda zəngi yarımçıq qoyurlar, yola verirlər adamı. İnternet 0-dır. İşləmir. Aldadırlar adamı. Əsəbi cavab verirlər. Kontur göydən düşmür, zəhmətlə pul qazanıb kontur vururuq. Şikayət edirəm.
-
Mobil xidmət olaraq sizdən çox narazıyıq. 1 aylıq ödəniş edib mgb götürmüşəm ki ehtiyacımı ödəsin. Bu nə deməkdir, gündə nömrəm bağlanır. Vətəndaşların cibinə girmək, əsəbləri ilə oynamaq olmaz. Nömrəmi aktiv edin. Əks halda lazımi şikayət edəcəm.
-
Mən sizin xidmətdən mütəmadi istifadə edirəm. Sizin sürücü mənimlə düz rəftar etmədi; mənim 5 manatımı qaytarmadı, deyir ki, karta vurub, ancaq mənim dediyim karta vurmayıb. Və mənimlə çox kobud rəftar edir. Xahiş edirəm tədbir görəsiniz. 0504****80 nömrəsi budur
-
Salam, mənim nömrəm biznes (Gold) nömrəsidir, müəyyən səbəblərdən 2 ay ödəniş etmədim, lakin balansımdan hər ayın pulu çıxılmasına baxmayaraq tarifdən istifadə edə bilmədim. Bakcell operatoruna deyirəm ki, elədirsə xəttimi açıq saxlayın, mən tariflərdən istifadə edim ki, borcumu qaytarım, deyir yox, ödəniş edin, xətt açılsın, üstəlik xətt açıldıqdan sonra yalnız sonuncu ayın tarifindən istifadə edə biləcəm. Bu nə dərəcədə düzdür.
-
Binə Sovxozda məscidin yanındakı Rahat marketdə son istifadə müddəti keçmiş məhsulların satışı, kassada xırda pul problemi, işçilərin və əsasən kassir qızların kobudluğu, 'xırda yoxdur, buradan alma' demələri və uyğunsuz söhbətlər edirlər, bilmirsən marketə gedirsən yoxsa qızların uyğunsuz danışığını eşitməyə.
-
Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən 5 mərtəbə adlandırılan ərazidə OBA Marketin filiallarından birində alış-veriş etdim. Kassada olan xanım məhsulu salafan paketə qoya bilmərəm, dedi. Səbəb olaraq salafan paketlərinin digər məhsullar üçün nəzərdə tutulduğunu bildirdi. Bu barədə tədbir görməyinizi xahiş edirəm.
-
Fevralın 2-dən telefon işləmir, 155ə zəng edib bildirmişəm. Dedilər Azeronlinə qoşulmaq lazım idi, dedim qoşulmuşuq, müqavilə nömrəsi verdim. Bu gün fevralın 10-dur, hələ də işləmir, deyir qeyd olunmayıb sizin müqavilənizin olduğu. Borc olanda bir tərəfli bağlanır, amma hal-hazırda iki tərəfli bağlıdır. Qaynar xətt işçiləri işlərini bacarmırlar, hamı bir-birinin üstünə atır.
-
Интернет прерывается, мастера приходят просто для галочки, поболтать и поспорить, ни теста модема у них нет, чтобы выявить причину обрыва интернета, свитч-порты не меняются годами! Никому не советую связываться с этой компанией, одна нервотрёпка!
-
Salam, mən Qazax rayonundan yazıram. Mən Oba mağazalarına Sivi vermişəm. İş üçün iş yeri olsa da Sivi verilir, mənə 'işçi yoxdur' deyirlər. Gedib maraqlanıram: hər müdiriyyət öz tanışını, öz qohumunu götürür. Bu nə dərəcədə doğrudur? Bəs Sivi nə üçün veririk, əgər öz qohum-tanışını götürürlərsə?
-
Oba Lökbatan dəniz şadlıq evinin yanı. Dəfələrlə demişəm. 50 manat, 60 manat və daha çox bazarlıq edirəm. Çek verirlər. Çəkdə heç bir yazı görünmür və ƏDV vurmaq olmur. Dəfələrlə deyilir, baxan yoxdur.
-
Mən Yango taksisinə müraciət etdim, 77 VT 380 nömrəli taksi gəldi, qeyri-adekvat sürücü idi, özünü heç yaşına uyğun apara bilmirdi, axırda da mənzilə çatmamış qəza törətdi və mən məcbur oldum özüm evə getdim. Yango məsləhət görmürəm, nə komfort, nə də normal sürücüləri yoxdur!
Компании, на которые жалуются больше других
-
"Salam. Taksi sifariş verdim. Suraxanı 20 Yanvar 8.9 manat yazdı. Mənzil başına çatanda isə 12 manat oldu. Səbəb?"
Перейти на страницу компании
— Nizam -
"Bakcell rəhbərliyinə və müştəri xidmətləri şöbəsinə, Çox sərt və haqlı narazılığımı bildirmək məcburiyyətindəyəm. Hazırda təqdim etdiyiniz ən aşağı aylıq tarifin 11.99 AZN olması heç bir məntiqə sı..."
Перейти на страницу компании
— Samir -
"Sarayda, Natiq Aslanov küçəsində 2 gündür internet yoxdur. Niyə ölçü götürülmür? Telefon nömrələrinizin heç biri işləmir, insanları ələ salmısınız? Verdiyiniz nömrələr işləmir, bu nə deməkdir? İnterne..."
Перейти на страницу компании
— İbrahimova Mehriban -
"Açıq-aydın fırıldaqlarla məşğuldurlar. Xarab əşya satıblar, 1 illik qarantiyasını da ayrıca ödəmişik, amma dəyişdirmirlər. 1 həftə telefonlarda süründürürdülər, sonra da dedilər ki, servisə göndərmişi..."
Перейти на страницу компании
— Asim Qasimzadə
