Реальные отзывы об услугах, компаниях и ресторанах в Азербайджане
Вы остались недовольны услугами или продуктом какой-либо компании?
Либо остались довольны?
Поделитесь вашим опытом со всеми на Bələdçi.az
Избранные категории
- Магазины одежды
- Сотовые операторы
- Интернет-провайдеры
- Такси
- Красота и уход
- Клиники
- Центры образования
- Отели
- Карго
- Развлечения
- Зубные врачи
- Цветочные магазины
- Автосервисы
- Кафе
- Учеба за границей
- Спортзалы
- Пабы и бары
- Химчистка
- Для детей
- Страховые компании
- Доставка воды
- Ремонт техники
- Спорт. товары
- Ветерианры
Хотите анонимно написать отзыв про какую-то компанию?
Написать отзывПоследние отзывы
-
Salam. Sizin əməkdaşlardan və şirkətdən çox narazıyam. Citynetə abunə olandan sonra hər ay 3-4 dəfə şikayət edirəm. Amma şikayətimi ya ciddiyə almırlar, ya da şikayət etdiyim problemi aradan qaldırmaq imkanına malik deyilsiniz. Məndə TV donur, internet zəifdir. Hər dəfə zəng edəndə uzaqdan xəttə yenilənmə vurmaqla kifayətlənirlər. 2 dəfə texnik gəlib. 1-ci texnik ruteri 20 sm qapıya yaxınlaşdırıb, sonra evdəkilərə deyib ki düzələcək. Yenə şikayətdən sonra 2-ci texnik gəlib, TV-də interneti 5G-ə keçirib deyib düzələcək. 3-cü texnik ümumiyyətlə gəlmədi. Zəng elədi ki, yenilənmə vermişəm, düzələcək. Texniklərin gördükləri tədbirlər gülməlidir, vallah. Xahiş edirəm bu şikayətimi rəhbərliyə çatdırın və rəhbərlikdən məsul şəxs zəng eləsin ki, şikayətiniz rəhbərliyə bildirilib. Onu da qeyd edim ki, 4-5 gün əvvəl yenə zəng eləmişdim, dedilər texnik gələcək, amma heç kim gəlmədi.
Продолжить чтение... -
Şikayətim var, telefona cavab vermirlər. Əlaqə nömrəsi verin.
-
Bir qəpiyə dəyməz sizin bu qurum. Ayda 30m pul ödəyirəm sizə. 2 gündür pulu ödəmişəm, internet açılmır. Məhkəməyə verəcəm sizin qurumu, təzminata otuzduracağam sizi.
-
Salam, sizdən robot tozsoran almışam və sonradan proqramında problem yaranıb. 2 dəfə servisə aparmışam və güya ki problem aradan qaldırılıb, lakin heç nə düzəlməyib. Belə olmaz.
-
4 gündür internetimiz yoxdur, zəng eləyirik, cavab vermirlər, bu nə biabırçılıqdır?
-
Sizdən xahiş edirəm, sürücüləri işə götürərkən nevroloji baxışdan da keçirin. Bir çox sürücüləriniz hamısına aid deyil, özlərini apara bilmirlər, müştəri ilə davranmağı bilmirlər. Özünüz də maraqlanmırsınız, gediş necə oldu? Belə şey olar? Niyə mən taksiyə görə əsəb keçirməliyəm?
-
27.01.2026 tarixində BE408*** müqavilə üzrə səhvən 2 dəfə (saat 08:32 və 08:47) 69.9 manat ödəniş etmişəm. Nə sorğuma mükəmməl cavab verən var, nə də pul qaytarılır. Mən sizin gecikməsi olmayan müştərilərinizdənəm. Cinayət işi araşdırmaları bundan daha tez başa gəlir. Məmnuniyyət əla idi, artıq müştərinizin məmnuniyyətini itirdiniz.
-
Hörmətli Nar nümayəndələri, Şirkətimizə məxsus korporativ (kooperativ) nömrə üzrə bizə təyin olunmuş kuratorla əlaqə saxlamaq mümkün olmur. Dəfələrlə müraciət etməyimizə baxmayaraq zənglərə və yazılı müraciətlərə cavab verilmir. Bu hal xidmət keyfiyyətinə ciddi təsir göstərir və korporativ müştəri olaraq öhdəliklərin yerinə yetirilməməsi kimi qiymətləndirilir. Xahiş edirik: – Məsələnin araşdırılmasını. – Aktiv və məsuliyyətli yeni kuratorun təyin olunmasını xahiş edirik. Hörmətlə Şükran Məmmədov 077 2** ** 74
-
Binəqədi rayonu, Binəqədi ştq, 1-ci mədən/oba 29. Limon aldığım 1.41 tutdu, çekdə 2.33 yazır. İnsanı aldadırlar, belə şey olar? Hələ kassirə deyəndə deyir: "Ora nə qiymət yazılırsa o dur."
-
Mən Oba Qazax 52-də işləyirəm. Mənə Oba bonus köçmür. Mən çox narazıyam. Zəhmət olmasa, bununla əmək haqqının gecikməsinə görə baxılsın. Mən baş ofisə müraciət edəcəyəm. Mən evimə bazarlıq edə bilmirəm.
-
Şefburger menyu almışdım. Burgerin içindən tük çıxdı, qadın saçından bir tel idi, uzun idi. Anlamadım, çünki oradakı işçilərin saçları bağlı olur. Amma burgerin içində də toyuq var idi.
-
3 недели не индексировали посылку в системе, ещё 2 недели не высылали из Китая. Честно говоря, иногда кажется, что отправить поездом было бы быстрее. Мне не совсем понятно, почему компания так работает, если долгие сроки это тоже норма, по факту просто происходит прямой обман. Деньги берут сразу как за доставку самолётом, а товар приходит (мне ещё не пришёл), будто бы его отправили пешком из Китая. Посылка пришла на склад Starex 09.01.26. 23.01.26 Starex взвесил мою посылку, получил от меня 7.5$ и автоматом подал декларацию, за что спасибо! На 05.02.26 статус всё ещё 'подготовка'.
Продолжить чтение... -
Kompaniyada internetə qoşulduq, ayı 15 manatdan dedilər, bir il müddətinə, 2 aydan sonra dedilər ki, 25 manatdır. Aldatmaqla məşğul idilər. TV-ni də rəqəmsalsız qoşurlar. 2 aydan artıqdır ki, deyirlər aparatı gözləyirik, hələ ki yoxdur. Yoxdursa rəqəmsal adı ilə niyə rəqəmsal adı altında aldatıb qoşursuz? Çox narazıyam KATV-dən.
-
Bravo market Şüvəlan da 02.02.2026 tarixində gecə 23:00–00:00 aralığında işləyən kassir xanımlar dindirmək mümkün deyil, and olsun Allaha, çox kobud davranırdılar. Mənim mədəniyyətim ona icazə vermədi ki, mən onların hər birinə acı cavab verim. Çox mədəniyyətsizcə cavab verirlər. Mən bir bəy olaraq şəxsən onların yerinə utandım. Şəxsən mən və mənim yanımdakı qonaqlarım iyrənc qarşılamanı bəyənmədik. Şikayətimizi də lazımı orqanlara bildirəcəyik!
-
Категорически не рекомендую связываться с этим маркетплейсом! Вводят потребителей в заблуждение. Купил адаптер для зарядки телефона — он не подошёл по размерам, не пользовался вообще, оформил сразу (в тот же час) возврат. На следующий день пришёл отказ в возврате. Основание — ссылка на закон о защите прав потребителей. Вопрос: Бирмаркет не знал об этом законе? Ответ: знал. Вопрос: почему этот товар не отнесён к категории «не подлежит возврату»? Ответ: маркетплейс заведомо вводит в заблуждение потребителей. Не ожидал. Буду везде писать об этом способе отъёма денег у клиента данного маркетплейса. Потратьте эти деньги на лекарства, вот что могу вам пожелать!
Продолжить чтение... -
Salam. Mən İsmayılova Lamiyə. Mən Səbail rayon, 20-ci sahədə olan Oba Marketdən şikayətçiyəm. Mənim maddi imkanım yoxdur, yoldaşım işləmir, 3 balam var, lap körpəm 7 aylıqdır. Maddi imkanlarımız çox zəifdir. Bu gün uşaqları marketdə qoydum, dedim burada dursunlar; uşaq bilməyərək arağı qırdı. Arağın qiyməti 26 AZN idi, bizim imkanımız olmadığı halda məcbur ödəniş etdirdilər. Üzr də istədim, qəbul edilmədi.
-
Salam, mənim şikayətim Yeni Yasamal 18 mağazasındandır. Mən Buratino peçenyesi götürmüşəm oradan. Üzərində qiymət 1.33 qeyd olunub. Amma kassada 1.37 çıxır. Kassada belə olanda dedim, elə niyə çıxır? Mənə deyir ki vaxtımız yoxdur. Deyirəm ki mən də işləyirmişəm orada. Tez olan iş idi. Az qalsın ki, məni borclu çıxarsınlar. Çox kobud işçilər idilər. Adam girib bazarlıq etmək istəmir. Mən istəyirəm ki, bu cür işçilərə müvafiq tədbirlər görülsün.
-
Operatorla əlaqə mümkün deyil. Belə şirkət olmaz
-
1 dəqiqə internet açıq olmağına görə hesabdan 10 manat çıxılır? Bu nə haqsızlıqdır? Mən tarifimi yeniləmək üçün bank hesabımdan pul köçürürəm və bunun üçün internetimi açmalıyam. Amma tez bir zamanda balansım internetə çıxılır və əməliyyatımı yerinə yetirə bilmirəm. Pulum heç nədən uçub gedir. Hər 10 nəfərdən birinə bunu edəndə nə qədər insanların cibinə girilir? Zəng edib məlumat üçün bildirirəm, deyir hər şey doğrudur. Halbuki heç bir sosial şəbəkədən istifadə etməmişəm.
-
Nausnik aldım, pis çıxdı, qırıldı, qaytarmadılar, bundan 2 il qabaq akkumulyator aldım, o da xarab idi, zorla qaytardım,
-
Salam, Ağdərə rayonunun Çapar kəndinin sakiniyəm. Bir həftə bundan öncə Aztelekom işçiləri tərəfindən internet xətti çəkdirmişəm, 25 manat ödəniş olunub, 5 manat əl haqqı vermişəm. Məni aldadıblar, sizin işçilər vurub, sabah açılacaq, lakin nternet xətti açılmır. Çox xahiş edirəm, bu işə baxın. Ev nömrəsi 2896
-
Отвратительный сервис на каждом этапе, где клиент касается этого маркета: сайт, приложение, курьер, поддержка — всё, и они не хотят ничего менять.
-
Salam bu gün taksi sifariş etmişdim, BYD markalı maşın idi, qeydiyyat nömrəsi axırı 897 ilə bitirdi. Yolun qırağından bir tanışım mindi, maşına heç 5 saniyə çəkmədi, dayanan kimi mindi. Yolun sonunda Elvin adlı şofer məndən əlavə 1 manat ödəniş istəyir? O pulun 1 manat olduğunu hardan təyin edir, bu sürücü ilə bağlı tədbir görün!
-
Salam, mən bir vətəndaş olaraq Rabitə Bankdan gedən dələduzluq və fırıldaqçılıqla bağlı müraciət edirəm; bankın fəaliyyətindən narazıyam.
-
Salam. Avqust ayında alınan naqilsiz tozsoranın fırça başlığı güclü səs etməyə başladı. Yerə düşməmiş, qırılmamış. Servis isə ödəniş müqabilində yenisini sifariş etməyi təklif etdi. Səbəb kimi fırça başlığının aksesuar olduğu qeyd edildi. Halbuki qarantiya verilmişdi. Fırçanın da motoru olduğundan o artıq aksesuar deyil, əsas hissə sayılır. Son dəfə onlardan nə isə alıram.
-
Salam. Mənim şikayətim Manatodan gələn başqa-başqa zənglərdir. Hər zaman deyirəm, hər ay ödəyirəm. Amma yenə də gah hədə-qorxu gəlirlər, gah da deyirlər ki, rəhbərlik müştəriyə görə əməkdaşlarını hər zaman, hər saat töhmət edir. Xahiş edirəm, baş rəhbərlik nəzərə alsın.
-
Salam. Bakıxanov 19-da olan binanın qabağına kondisioner qoyulub və düzgün qoyulmayıb, küçəni su aparır, qonşu obyektlərin qabağı bərbad halda.
Компании, на которые жалуются больше других
-
"Salam. Taksi sifariş verdim. Suraxanı 20 Yanvar 8.9 manat yazdı. Mənzil başına çatanda isə 12 manat oldu. Səbəb?"
Перейти на страницу компании
— Nizam -
"Bakcell rəhbərliyinə və müştəri xidmətləri şöbəsinə, Çox sərt və haqlı narazılığımı bildirmək məcburiyyətindəyəm. Hazırda təqdim etdiyiniz ən aşağı aylıq tarifin 11.99 AZN olması heç bir məntiqə sı..."
Перейти на страницу компании
— Samir -
"Sarayda, Natiq Aslanov küçəsində 2 gündür internet yoxdur. Niyə ölçü götürülmür? Telefon nömrələrinizin heç biri işləmir, insanları ələ salmısınız? Verdiyiniz nömrələr işləmir, bu nə deməkdir? İnterne..."
Перейти на страницу компании
— İbrahimova Mehriban -
"Açıq-aydın fırıldaqlarla məşğuldurlar. Xarab əşya satıblar, 1 illik qarantiyasını da ayrıca ödəmişik, amma dəyişdirmirlər. 1 həftə telefonlarda süründürürdülər, sonra da dedilər ki, servisə göndərmişi..."
Перейти на страницу компании
— Asim Qasimzadə
