Реальные отзывы об услугах, компаниях и ресторанах в Азербайджане
Вы остались недовольны услугами или продуктом какой-либо компании?
Либо остались довольны?
Поделитесь вашим опытом со всеми на Bələdçi.az
Избранные категории
- Магазины одежды
- Сотовые операторы
- Интернет-провайдеры
- Такси
- Красота и уход
- Клиники
- Центры образования
- Отели
- Карго
- Развлечения
- Зубные врачи
- Цветочные магазины
- Автосервисы
- Кафе
- Учеба за границей
- Спортзалы
- Пабы и бары
- Химчистка
- Для детей
- Страховые компании
- Доставка воды
- Ремонт техники
- Спорт. товары
- Ветерианры
Хотите анонимно написать отзыв про какую-то компанию?
Написать отзывПоследние отзывы
-
Mənə 2021-ci ildə xarab telefon satıblar, qaytarmışam, xarab ola-ola 2 ay da ödəniş eləmişəm, məhkəməyə veriblər 3 il sonra. Hələ də işim məhkəmədədir. Saxta rəy, saxta sənədlər verib məhkəməni hakimi aldadacaqlarını düşünürlər.
-
Çox bərbad proqramdır. 47 manatlıq sifarişimizi kuryer 5 dəq gözləyib, həyətda set olmayıb deyə zəng gəlməyib, geri qaytarıb. Nə pulu qaytardılar, nə də yemək göndərdilər. 👎👎 yəni 5 dəq gözləmək olmur? whatsappla yığardı kuryer.
-
Heç nə almayın! Bunlar kimi fırıldaq şirkət yoxdur, 2 həftə olar tv almışdıq ekranda xətlər əmələ gəlib, nə şikayətə baxırlar, nə də bir şey. Haram xoşları!
-
Добрый. Сегодня делала покупку в Bazarstore и увидела что по каталогу на скидке у них моющее средство для посудомойки Файри, но в прилавке по полной цене она стоит. Спрашиваю почему? Мы не знаем нам не оповестить. Или типа закончился хотя время ещё не прошло даже недели! И мало того взяли карту бонусную и не внесли мои бонусы, хотя сумма была выше 30 ман!
-
Товар пришел не по описанию. На фото одно, на деле другое. Писала в службу поддержки 8 раз и 1 раз оставила запрос на возврат в самом приложении. Только и пишут, что решут проблему. Прошло 10 дней! Звонят и просто каждый раз спрашивают, что не так с товаром. Курьера забрать товар не послали. Оплата была произведена на месте.
-
17.12.2024 tarixində, saat 13:27-13:35 radələrində Bolt proqramı vasitəsilə seçim zamanı, 75-BL-859 nömrə nişanlı, Samand SE avtomobilin sahibi olan, Tural adlı sürücü ilə hərəkət zamanı mən sərnişin olaraq müəyyən xoşagəlməz hallar yaşadım. Belə ki, sifariş etdiyim ünvanda sabit dayandığım halda, ünvana gələrkən gecikdi lakin buna baxmayaraq mən sifarişi ləğv etmədim. Hərəkət zamanı isə, mən olduğum ünvanla xəritə arasında uyğunsuzluq olduğunu vurğuladı, mən isə bunun texniki nasazlıqlarla əlaqədar olduğunu və yaxın gələcəkdə bu nasazlığın həll olunacağına ümid etdiyimi bildirdim. Ünvana yaxınlaşarkən, proqramda gediş haqqı 1.70₼ göstərilməsinə baxmayaraq, mən sürücüyə güzəşt etməsini, üzərimdə olan xırda nağd pulun 1.60₼ olduğunu bildirdim, sürücü isə mənə gediş haqqının 2₼ etdiyini və 2₼ ödəməli olduğumu bildirdi. Mənə maraqlıdır ki, Tural adlı sürücü əgər gediş haqqı məbləğini özü müəyyən edirsə, nəyə görə Bolt proqramı vasitəsilə sürücülük fəaliyyəti göstərir. Mən sürücüyə bunun doğru olmağını bildirsəmdə, əsassız əsaslar gətirməyə çalışdı. Belə ki, gah məni mənim sifarişim zamanı ünvanla xəritə arasında uyğunsuzluqla təqsirləndirdi. Gah da, mənim telefonda istifadə etdiyim Bolt proqramını vaxtı-vaxtında yeniləməməklə təqsirli hesab etdi. Mövzunu ictimaiyyətə çatdırmaqda məqsədim, özümü haqlı, sürücünü haqsızlıqda ittiham etmək deyil, sadəcə olaraq daha sadə yollarla, 0.30₼ artıq qazanc əldə etməyin mümkünlüyünə inanıram deyə, bu haqda məlumatı paylaşmaq istədim.
Продолжить чтение... -
Salam. Öncəliklə şirkətin illərdir aktiv bir müştərisi olaraq komandaya, bütün çalışanlarına, Bolt ailəsinə çox işgüzar, peşəkarlıqlarından, sürücü-müştəri münasibətlərindəki həssas davranışları və duruş mövqeləri dolayısıyla təbriklər və təşəkkür bildirir; bu yeni 2025 - ci ildə böyük uğurlarla daimi zirvədə olmağı arzu edirəm. Təəssüf ki, bu gün, yəni 6 yanvar, Bazar ertəsi tarixində saat təxmini 15:00-15:15 zaman aralığında sifariş etdiyim "econom" sinif Chevrolet Cobalt markalı avtomobilin sürücüsü məndən 10 AZN məbləğində pul tələb edib almışdır. Sürücü əvvəlcədən ünvana gələrkən çox soyuq havada çıxarıb məni xeyli yolda gözlətmişdir. Onlayn gördüyüm Bolt xəritəsində göstəriləniylə bir neçə dəfə yolu səhv salmaqla çətinliklə ünvanı nəticədə məni tapmış, səbəbini soruşduqda isə çox xəstə qrip olduğunu halsızlıdan baş verdiyini söyləmişdir. Yolda gedərkəndə həqiqətən burnunu tez-tez sildiyini bir neçə dəfə ardıcıl asqırmağını gördüm həmçinin özünün ifadə etdiyinə görə ehtiyat etdiyi Corona virusun bir növü olan son zamanlar behs edilən Omicron virusuna yoluxa biləcəyindən behs etdi. Davam etdikcə əvvəldə mənədə vurmağı təklif etdiyi spirti bir neçə dəfə əlinə və rola sıxdı. Ən azından ünvana həmçinin düz çatdırmayıb məni bir neçə kilometr və dəqiqə dolandırmaqla gəzdirib hansısa məsçidin yanında dayanıb. Bir neçə dəqiqə saxlayıb yenidən İçərişəhər metrosuna maşını sürüb. Mənim telefonumun enerjisi çox az olduğundan əlavə vaxt olmadığından, bir qədər əvvəlcədən təxmini "Təzə bəy hamamı" adresi ətrafında ikən yazıb çıxmağını xahiş etdim mənim görüşmək üçün getdiyim dostumdan. O isə artıq çox gözləyə bilməyib. Bakı şəhər İcra Hakimiyyəti binasının park yerindən çıxdığı üçün trass yolunda maşını saxlaya bilmədiyindən mənimlə görüşməmiş getmişdir. Sürücüyə gecikdiyimizdən dolayı, artıq görüşümün ləğv olunduğunu və məni qeyd olunan sonuncu Aydın Məmmədov 85a ünvanına çatdırmağını xahiş etdim. Nəticədə ünvana çatdıqda sürücünün mənim fikirimcə artıq telefonumun enerjisi bitib söndüyündən və gediş haqqını soruşduqda mənə 10 AZN olduğunu bildirmişdir
Продолжить чтение... -
1 ulduzu belə vermək istəmirdim, 0 olsaydı 0 verərdim. Bugün promokodla JFC-dən güya sifariş etmək istəyirdim. Promokodu yazdım, pul çıxıldı, sifariş qəbul edildi. Sonra proqramda sifarişim heç yerdə göstərmədi, mən də dəstək xidmətinə yazdım. Onlar araşdırana qədər 40 dəqiqəyə qızımın nömrəsinə zəng gəldi kuryərdən. Yemək gəlməyinə gəldi, amma 9 AZN fırıldaqçılıq etdilər. Necə mənim nömrəmə olan sifariş qızıma gedə bilər, endirim də etməyiblər ilk sifarişim olmağına baxmayaraq. Dəstək normal cavab vermir, deyirlər, nə sizin, nə də qızımın hesabında sifariş yoxdur, bəs bu yemək bizə hardan gəldi onda. Halbuki sifarişin detalları qızımın hesabında əks olunub, kuryer zəng edənə qədər heç xəbərimiz yoxuydu. Pulu dərhal çıxmağı amma yaxşı bilirlər. Güya sevinirdik ki, endirimlə istifadə etdik, onu da boğazımızda qoydular, mən müştəri olaraq çox narazıyam. Bilmirəm, hansı sistemlə işləyirlər, sifariş qarışıb bir-birinə. Bir də onlardan heç nə sifariş etməyəcəm. Üzür olaraq heç nə etmədilər.
Продолжить чтение... -
Salam, Binəqədi qəsəbəsi Fəxreddin Qurbanlı küçəsində 1281-ci məhəllədə yerləşən al marketdə 1 oğlan uşağı satıcı götürüblər. Bütün alıcılarla kobud rəftar edir, təhqir edir, malı it qabağına atan kimi atır, qiymət soruşsan, 1 deyir, 2-də müştəriyə kobud cavab verir, malların üstündə qiymət olmur, məcbur olub soruşursan. O uşaq hamını zəhrələyir, 1 üz qırxan alacaqdım, qiyməti soruşdum, 1.3 dedi, 2-ci nin qiymətini soruşdum, deyir, birini al çıx. Deyirəm, qiymətini öyrənim alımda, deyir 2 AZN kobudcasına. 1-cini almaq istədim, götürüb tullayır qabağıma, itə sümük atan kimi. Müdriyyət tələb edirsən, deyir yoxdur, get müdir gələndə gələrsən, bu nə tərbiyəsizlikdir. Bu Al Marketlərdə satıcılar alıcıları təhqirmi etməlidir, sizin mənimizlə? Çox ayıb olsun bu kollektivə, nə vaxt o marketə girmişəm həmişə də təhqir, səliqəsizlik, hörmətsizlik görmüşəm.
Продолжить чтение... -
Operatorla əlaqə saxlamaq olmur.
-
Çox çox aşağı müştəri xidməti, 3 dəfə yığmışam müştəri xidmətinə 1 saatdan çox vaxtım getdi, amma götürən olmadı. Çox səviyyəsiz operatordur. Yəni özləri oxumur bu rəyləri?
-
Şirvan şəh. yerləşən Neptun marketində qastronom şöbəsində çalışan Gültəkin adlı xanım müştəriyə kobud yanaşır və məhsulları müştəriyə təqdim edən zaman əlcəksiz təqdim edir, zəhmət olmasa işçi haqqında tədbir görülsün.
-
05.01.2025, bu gün iİnsaatçılar filialından 3 sousun pulunu alıb, 1 qoyublar, 2 colanın pulunu alıb, 1 qoyublar. Belə xidmət olar, zəhmət olmasa, nəzarət edin.
-
Salam, sizin Gəncə şəhəri reklamın yanında Oba Market var, işçiləri çox ləyaqətsiz insanla rəftar edirlər, belə şey olar.
-
40 AZN Bolt Food kartdan pul çıxıb. Guya 2022-dən borc qalıb. 2025-dir e 😂
-
Salam! Я сегодня хотела пополнить счёт телефона, ввела код с номером новой карты, а денег на счёт телефона так и не поступили, как так может быть?
-
Şikayətçiyəm, çox bərbad bir kargo şirkətidir. Məhsulumu mənimsəyib qaytarmayıblar.
-
Араз маркет Бузовна ул. Расим Иманов. Обслуживающий персонал грубый, не грамотный, абсолютно не умеющий работать с покупателями. Не приятно заходить в маркет. Откуда берётся персонал? Если с улицы, то хотя б научите их правильно обращаться с покупателями.
-
Salam, mən araz marketdən 2 yanvar 2025-ci ildə saat 15:27-də alış-veriş etdiyim zaman mağaza saxtakarlığına yol verilmişdir. Garnier spery aktiv məhsulunun rəf qiyməti 3.98 yazıldığı halda kassada məhsulunun qiyməti 6.55 qiymətində vurulmuşdur, bu məhsulunun qiymətini düzəldin. Düzəltməsəniz, sizinlə bağlı aidiyyəti orqanlara müraciət edəcəm.
-
2 dəfə sifariş etdim, çox narazı qaldım. Çatışmayan məhsul haqda öncədən xəbər verilmir. Ləğv edə bilmədim, bu üzdən ki, şifarişi dəyişib başqa yerdən edim. Minimum limit 20 AZN olması heç sərf edici deyil üstəlik.
-
Люди которые отвечают на телефон, особенно Наталия, отвечают некрасиво, грубо, не знают где находится мероприятие, бросают трубку, никому не советую делать заказ билетов через кассу Браво. В итоге не попадете на мероприятие и пропадут деньги
-
Товар пришел не по описанию.. прислали то что осталось в наличии и совсем не тот. Денег за возврат уже 15 дней жду. Только и пишут что вернем в течение 7-14 дней.. обманывают. Звонят и просто каждый раз спрашивают что не так с товаром. Давно забрал курьер а денег не возвращают. Заказывала резину для турника прислали 4 мм когда в описании было написано 4.5 см. Говорят закончилось послали такую.Не моя же вина. Оплата была произведена на месте.
-
Salam. Beynəlxalq bank müştərilərin təhlükəsizliyini qorumaq üçün lazımi tədbirlər görmür. 2022-ci ildə Tam kartın bağlanması ilə bağlı bank tərəfindən təqdim edilmiş ərizə formasına imza çəkdikdən 1 il sonra həmin kart üzərindən dələduzluq hadisəsi baş verdi. Dələduzluq hadisəsindən sonra eyni ərizəyə qol çəkdikdən sonra kartı bağladılar. Sual verirəm ki, necə olur ki, 2 eyni mövzulu ərizə fərqli formada icra olunur? Deyirlər get məhkəməyə müraciət et. Bu suala cavab verə bilmərik. Bu da reklamı dillərdən düşməyən abb-nin müştərilərinə münasibəti
-
Salam, artıq dərəcədə xahiş edirəm. Üzeyir hacıbəylidə yerləşən filialınıza nəzarət edin. Personal bərbad, işləmirlər. Bütün günü həyətdədilər. Hər dəfə zakazı səhv verirlər deyəndə də deyirlər yox idi belə qoyduq, bu nədir? İsçilər də bərbad!
-
İllərdir müştəriyəm, ancaq dekabr ayının 25-dən artıq 9-cu trufel tortu alıram, amma üstündə olan şokoladı qoymayıblar 👎🏼 qənaətdir ya nədir anlamadım 👎🏼 dad həmin dad deyil 👎🏼 müştərini yığırlar, sonra şokoladı əskik, dadı dəyişik edirlər, heç bəyənmədim 👎🏼👎🏼👎🏼
-
Tüləkəran sovetliyində 1 gündür internet işləmir. Bu sovetliydə 7 kənd yerləşir. Üstəgəl də bunun bayram günündə olması sizin üçün utancverici haldır. Zəng də etmişəm deyir ki, 2 gün olmayacaq, istirahətdir. Bu nə deməkdir? Ayıb deyilmi bu qədər insanı internetsiz qoymaq?
-
Azeronline отвечает:
Salam. Çətinlik davam edirsə abunə kodunuzu qeyd edin zəhmət olmasa.
-
Компании, на которые жалуются больше других
-
"Kartımdan Bolt pul çıxır, gediş haqqı olmadığı halda bunu təcili düzəldin!!!"
Перейти на страницу компании
— Sevda -
"Baksel müştəri xidmətləri insanları aldatmaqla, ələ salmaqla məşğuldurlar. Nömrə daşınması ilə bağlı müraciətimə baxmayaraq bir aydır on dəfələrlə əlaqə saxlamışam, amma heç bir səbəb göstərmədən “bir..."
Перейти на страницу компании
— Vüsal -
"Çox bərbad işləyir, nə də ki nömrələrinə heç bir zəng çatmır. Heç bir nömrəyə, internetdən götürdüyüm nömrəyə belə, zəng çatmır. Bununla bağlı tədbir görəsiniz, zəhmət olmasa. Pulu çöldən yığmırıq ki,..."
Перейти на страницу компании
— Anar -
"Bu şirkət çox bərbad şirkətdir. 10 ildir bunların müştərisiyəm, mən 4 aydır telefon aldığım şikayətə baxan yoxdur."
Перейти на страницу компании
— Ruslan

Azeronline отвечает:
Sürəti ölçüb bizə geri dönüş edin zəhmət olmasa.Sürəti ölçmək üçün speedtest.net