Вы остались недовольны услугами или продуктом какой-либо компании?
Либо остались довольны? Поделитесь вашим опытом со всеми на Bələdçi.az
Salam. Şikayətim "Adore" (İdeal) mağazasından, daha doğrusu satdığı məhsullardandir. Belə ki, yüksək qiymətə məhsul satıb keyfiyyəti isə qiymətinə uyğun deyil. Bir neçə gün qabağ 200 AZN yaxın Chanel tualet suyu əldə etdim. Alan gündən gördüm ki, nəsə düz deyil, məhsulu iyi 3 saat belə qalmır. . . Birinci dəfə istifadə etsəm, deyərəm ki səhv məndədir, axı bu birinci dəfə deyil, iy ən azı 9 saat qalmalıdır bu məhsulun. Mən artıq almışam, burda heçnə etmek mümkün deyil, heç olmasa siz aldanmayın.
Şikayətim MilliÖn (Komtec LTD)'dəndir. Belə ki, 23 mart 2020 tarixində Nərimanov metrosunun girişindəki MilliÖn aparatlarına yaxınlaşıb, başqasının Kapital Bank hesabına 1170 azn qoymağa çalışdım. Bütün məbləği aparata daxil etməyimə baxmayaraq, aparat ekranda yekun məbləği mənə 1070 azn kimi göstərdi. Yatırmalı olduğum məbləğ 1170 azn olduğu üçün məcburən 100 azn də əlavə etdim ki, hesab düz olsun və sonra MilliÖn'lə əlaqə saxlayıb pulumu geri alaram. Çünki MilliÖn'dəki problemin hesabına pul yatırdığım adama heç bir dəxli yoxdur. Sonda aparat 1170 azn'lik qəbz də verdi. Sonra MilliÖn'lə elaqə saxladım və aparatın 100 azn'imi götürüb, saymadığını dedim. Onlar da araşdırıb 3 gün ərzində xəbər verəcəyik dedilər. Həmin 3 gün oldu 10 gün, bir xəbər çıxmadı. Axırda özüm zəng etmişəm, deyirəm nə oldu sizin cavabınız ? Deyir biz zəng elədik siz acmadınız. Halbuki yalan danışırlar, çünki telefonum gecələr də daxil hər zaman açıqdır və mənə heç bir zəng gəlməyib. Hətta tesadüfən set olmasa belə, set olan kimi mənə qaçırtdığım zənglər barədə mütləq xəbərdarlıq mesajı gəlir. Nə isə nəticə o oldu ki, şifahi şəkildə dedilər "biz tərəfdən belə bir şey aşkarlanmayıb", vəssəlam. Biraz qışqır bağır saldıqdan sonra dedilər ki, yaxınlaşın ofisə, ərizə yazın! Getdim ofisə ərizə yazdım, yenə dedilər 3 iş gününə cavab çıxacaq. Üstündən yenə təxminən 10 gün keçdi, yenə də cavab yox. Yenidən zəng etdim, dedilər "araşdırırıq hələ, cavab verəcəyik..." Ustundən təxminən 5 gün də keçdi və cavab gəldi. Cavabı aşağıda sizə təqdim edirəm. Şəxsən məni bu cavab qətiyyən qane etmir. Cünki məktubdan da gördüyünüz kimi bu konkret yola verməkdir və heç bir qanuni, texniki əsaslanması yoxdur. Çünki məktubda araşdırmanı necə aparmaqları barədə heç bir məlumat verilmir, heç bir sübut, əsas, fakt da təqdim olunmayıb. Məktubdan belə başa düşürəm ki, ya icraçının əsaslı cavab hazırlamağa savadı çatmayıb, ya da ki müştərilərini konkret saymırlar, laqeyd münasibət göstərirlər. Cünki nə aparatdakı mənimlə bağlı "log" məlumatlarını məktuba əlavə etməyiblər, nə hər hansı mədaxil/məxaric çıxarışı yoxdur, nə sayğac məlumatları yoxdur, nə kamera görüntüləri yoxdur, nə aparatda yığılmış pulu götürən şəxsin şirkətlə təhvil-təslim aktı yoxdur, nə də hər hansı başqa əsaslı məlumat, araşdırma izahı.
Продолжить чтение...Salam. 20 gün bundan əvvəl Kontakt Homa gedib pulu nağd ödəyib qabyuyan aldım. Dedilər 3 gün sonra gələcək, amma 1 həftə sonra qabyuyanı gətirdilər və qoşdular. Vacib lazımlı olduğu üçün gətirilən gündən qoşulub. Lakin gətirilən gündən işlədəndə maşın işləmədi. Nə qabları təmiz yumur ,nə də ki, tam qurutmur. Bu vaxta gədər servis 5 dəfə gəlib baxıb. Yenə də işləmir. Usta gedib mağazada deyib ki, güya maşın düzəlib. Blə dələduzluq olmaz! 20 gün ərzində 5 dəfə servis olar zəng vurmağdan yorulmuşuq.. Bu maşını dəyişdirib yenisi ilə əvəz etməyi tələb edirəm, yoxsa ki, şikayətim məhkəmədə olacaq.
Продолжить чтение...Salam. Dostum Kontakt Home Mağazasından online sifariş edib Xiaomi model telefon alıb. 2-3 gün işlətdikdən sonra batareyanın kəskin azalmasını hiss edib. Təzə telefon olmasına baxmayaraq normal saxlamır. Mağazaya yaxınlaşdıq Servise müraciət etməyimizi dedilər.Servisə getdik. Telefona baxış keçirildi və servisdə qaldı. Öz mütəxəssisləri baxışdan sonra heç bir problem tapılmadığını dedilər.Daha sonra rəsmi servisə göndərəcəklərini deyibler. Özünədə sadə telefon veriblər ki, götür hələlik işlət. 14 gün ərzində qaytarılma və dəyişdirilmə olduğu halda niyə belə uzadırlar ki???
Продолжить чтение...Salam menim şikayetim Bravo supermarketindədir. Artıq neçənci dəfədir ordan alış veriş edən zaman aldıqlarımın kassada qiyməti fərqli çıxır. Buna nəzarət edən heçkəs yoxdumu? Az öncədə yaşadım eyni hadisəni tələsirdim deyə çox uzatmadım. Mütləq hər alış veriş edəndən sonra kassada aldıqlarınızı çeklə yoxlayın fərqi görəcəksiniz. 3-5 qəpiyə görə səsimizi çıxarmadığımız müddətcə bunlar düzələn deyil.
Salam. 3-4 ildir Uber istifadə edirdim, bu gündən sonra artıq bolta keçəcəm. Çünki ödənişin 2 qat məbləğini kartımdan çıxıblar.(4.2 azn yerinə 8.40 çıxılıb) Hələ üstəlik azmış kimi əlavə 2.10 azn də çıxıblar. Amma nəyə çıxıldığı bilinmir. Operator deyir kartınızda həmin zaman pul olmayıb, amma yetəri qədər məbləğ var idi (ss-lər var) Kartda məbləğin bloklanma söhbəti olsaydı ,boşuna 2.10 azn çıxılmazdı məncə) Uberdən məbləğin onların hesabına oturmadığına dair bir sənəd( şəkil, ss və.s) istəsəm də, sizə kömək edəcəyik deyib 1 həftədir heçnəyi həll etmirlər. Qeyri-peşəkarlıqdan başqa bir ad verə bilmirəm. Uber proqramını silməyi məsləhət görürəm, çünki haqqın olmadığı halda, kartdan pul çıxmaq elə oğurluğun özüdür).
Продолжить чтение...Salam. Bir saat qabaq KFC den sifarish etdim. Hele de gelmeyib sifarishim , Estimate delivery ya 5 deq , ya da 10 gostererek uzanir)) supportla elaqe saxlaya bilirem . Sifarish uzagi 10deq geciker ,ok 15 amma 30deq+ yoxda)) Soyuq yemek mi yeyim indi?) Sozun qisasi biyabirciliq.
Отвратнейший провайдер Вам уже сильно повезет, если первый месяц пройдет без проблем Каждый день этот кусок пародии может пропадать, не загружать сайты, иметь ужасную стабильность Хоть и тех.поддержка старалась помочь, но её действия оказывались бесполезными, да существовала для формальности Не стоит своих денег
Digərləri müqayisədə qiymət ucuzdur. (Xüsusilədə maye və bateryalı məhsullar üçün). Müəyyən vaxtlarda promo kodlar ilə endirimlər olur. Çatdırılma vaxtı demək olar ki digər şirkətlər ilə eynidir. Bağlama birləşdirmək və bağlamanın vəziyyəti haqqında ətraflı məlumat almaq olsaydı daha yaxşı olardı.
"Salam az once isdfade etdyim taksi nissan markali avtomobil men mawindan yolun yarsinda duşmeli oldugdan sonra mawinda olan diger sernişinleri tam unvana apararken menim arxamca kobud ifadeler etmiş v..."
— Anonim
"Zəng vurmuşam gəlib baxsınlar vayfayın kabili düşüb aşagı cox zəyifləyib gəlib baxan yoxdu ləgv edəcəm boş boşuna 19 manat ödəyirəm çox zəyifdi"
— Səbinə
"Salam Al market Mehemmedide Nihad kafenin yaninda yerlesen Al marketde isleyen xanimlar pulu az qaytarirlar 5-8 qepiy qalanda ona uygun mehsul ve yaxudda zdacini qaytarmirlar.bununla necenci defedir k..."
— Anonim
"Çox pis bir provayder, çox məsuliyyətsiz şirkət, yiyəsi bilinməyən şirkət, buna heç ulduzda düşmür"
— Parviz