Вы остались недовольны услугами или продуктом какой-либо компании?
Либо остались довольны?
Поделитесь вашим опытом со всеми на Bələdçi.az
Sifarişlərində müştəri ola ola yenidən sifarişi götürmək düzgün deyl onda gec gəlirlər və yaxud ləğv etməyimizi istiyirlər. Əlavə gediş haqqı istəyirlər
Son zamanlarda hər gecə saat 3-də davamlı olaraq narahatedici SMS-lər aldığımı, bu vəziyyətin yuxu rejimimə və gündəlik həyatıma mənfi təsir etdiyini və müştəri xidmətləri ilə etdiyim görüşmədə, bu SMS-lərin dayandırılması üçün əlavə ödənişli bir paket almağım lazım olduğu bildirildiyini, lakin, bu vəziyyətin ədalətli olmadığını Azercell'ə mail yazaraq dedim. Yəni ən azından mesajları günorta və ya səhər saatlarında göndərməklərini istədim. Cavab olaraq mənə ödəniş edib başqa paket al dedilər. Başınıza dəysin sizin dəstək xidmətiniz. Siz başa düşmürsünüz ki, müştərinin şikayəti varsa bunu düzəltmək yerinə robot kimi eyni cavabları vermək sizin bu qədər ödəniş eləyən müştəriləri itirməyinizə səbəb olacaq?
Продолжить чтение...Salam kontur yükledim 9manat 30 qepiy konturum var idi internet paketi teklif olundu. Bu kod üzrə *788*89#yes 3 defe yığdım internet vermediz ve evezində eksine durdux yere konturmu yediz sebeb? Geri qaytarin konturumu zehmet olmasa yada internet paketimi verin koonturmu çxin bunedi bele yarimçiz pulu yerden tapmirix!!!
Neçe vaxtdır Göyçay rayon Kürdşaban kəndində internet xetti çekilib. Lakin Abunə direklərindən kənddə çatışmazklıq var. derdivide deyesi bir yer yoxdur.
Azeronline отвечает:
Salam. Bu haqqda qaynar xəttimizə müraciət edə bilərsiniz. Qaynar xəttimizlə əlaqə : 8220 və ya (012) 450 20 20
Тормозит, в последнее время вообще его нет ни вечером, ни утром, не возможно постоянно вам звонить и спрашивать в чем проблема, отключи включи, сколько можно, он мне постоянно нужен, как и всем, решите проблему наконец
Salam bugün saat təxminən 19:20də Nəsimi Rayon erazisində yerləşən Shurma1 de ailəmlə birlikdə gəldik. Oranın personalı və 1 ofisiyant açıq aşkar exlaqsız hərəkətlər insanlar cəmiyyət qarşısında sevişmələr və kassaya yaxınlaşaraq bildirdim heçbir müdüriyyət heyyəti bu sözlərimə qarşılıq vermədi və pis şəkildə davrandılar
İceri şeher metrostansiyasinin onundeki filyalinizda hergun problem var nevaxt gedirsen ya mal dasiyillar baglidi ya mali yigillar bagldii ya sistemde prablem var islemir neqeder olar bunu islede bilmirsize camahati niye yorursuz. bir maldanda birgun olur besgun olmur bele islemirik demek asandi insanlar hardansa vaxt itrir yol gelir olmaz axi bele xais elirem bele hallara qarsi tetbir alin men burdan basqa hecyerde bele prablem gormemisem
4 gün olar ki tarifi nə yeniləmək olur nədəki dəyişmək. Kontur vurmaqdan bezdim. Online chat bölməsinə də yazanda heç bir kömək göstərə bilmirlər.
Salam. Mən bu gün saat 13-46 radələrində azeronlayinin 8220 nömrəsi ilə əlaqə saxlayıb internetin işləməməsi barədə məlumat verdi. Bir qeqiqe artiq internet verilirsə niye baxan yoxdur kod 006200820
Azeronline отвечает:
Salam. Müraciətiniz qeydə alınıb. Ən qısa zamanda həlli üçün çalışılır.
Salam mən 28 mehele 2 nömrəli məktəbin yandaki emin şadlıq sarayınin yaxınlıqdakı obadan sikayətciyem ayın 23 məhsul hakda məlumat almaq üçün satıcıya yaxınlaşdım mene acı cavab verərək üsdündə var dedi ve kasadada acı cavab verdi dəfələrlə belə hal baş verib mudur satıcılarla pis davranır onlarda müştərilərlə xayis ve tələbim tədbir görün daha böyük yerlere şikayet edecem
Salam mənim naraziciligim o dur ki taksi gələndə proqramda basqa nomrə cixir taksi gəlir basqa nomrə bu problemlə coxlari qarsilasir. Bu problemi həll eləsəs yaxsi olardi
Neçə gündür zəng edirəm ki ev telefonu işləmir, ölçü götürən yoxdur. İnternet də yaxşı işləmir. Heç bir şikayətə baxmırlar.
Sürücü sifariş yerine çatmamış sürücü çatıb mesajı gəldi. Sonra sürücüdən mesaj aldım ki təyin olunmuş məkana gedə bilməyəcək və mənim zənglərimi blok etdi. Nəticədə kartdan 2.5 azn pul çıxıldı.
Salam Şemkir rayon Çenlibel kendi interneti yuklemiwik ama internet iwlemir size zeng vuruq ne qeder konturmuz gedir.
Azeronline отвечает:
Salam. Müraciətiniz əməkdaşlarımız tərəfindən qeydə alınıb. Çətinlik aradan qaldırılıb.
Cresent malldakı filialda işçilər çox aqressiv və saymamazdılar. Özəlliklə orda işləyən xanımdan paket etməsini xahiş etdiyimdə təhvil zonasında paketi çırparaq təqdim etdi. ZƏHMƏT OLMAZSA BUNLARI NƏZƏRƏ ALIN.
Sms gəldi ki, RUSİYAYA XOŞ GƏLMİSİNİZ)) halbuki mən Azərbaycandayam. Xəbərim olmadan 33 qəp dartdilar. Zəng elədim qaynar xəttə. Operator, fikrimcə, normal danışmır, çox əsəbi və heç bir qanun qaydaya əsaslanmır. Qısası, rəyim -10
Gunlerdi ne qeder kontur isdifade edilir size zeng etmek ucun fuzuli rayonunnan yaziram size mumkunduse azeronline menimle elaqe saxlasin fuzulide yagiw dolu yagannan beri vayfay iwdemir defelerce zeng eliyib xetti duzeltmwyinizi istemiwem hele xeber yoxdu 05********
Azeronline отвечает:
Salam, hörmətli abonent. Belə bir hal ilə qarşılaşdığınız üçün təəssüf edirik. Sorğunuzla bağlı sistem üzərindən texniki şöbəyə məlumat təqdim olundu. Ən qısa zamanda köməklik göstəriləcək.
Salam. Mənim 05******** nömrəm gündəlik 0.36 azn avtomatik ödənişlə gün ərzində saat 18:00-dək pulsuz danışıqlar pulsuz olurdu. Bu günki tarixdən bu xidmət dayandırılıb. Bu nə ilə əlaqədardır?
Gediş baş tutmadığı halda kartdan pul cixdi
Park bulvar kfc biyabirciliq. Sifarişi 25-30 deqiqe gozlemeli olursan. Halbuki elave sifaris bir iki denedir
Hamiya salam, bu yorumu mutleq oxuyun, cunki burdaki yorumlarin demek olar hamsi feyk akkauntlardan yazilan yorumlardi, oz iscilerin yaratdigi feyk akkauntlar vasitesile 5 ulduz qoyurlar. Demeli bu gun bu salutem dermotoloji merkeze getdim, sizanaq problemlerine gore. Oz tecrubemi sizinle paylasacam. 1) Birincisi, reseptionda normal pasient ile reftar etmirler, hazir olun ki siznen hormetsiz tonda danisacaglar. 2) Ikincisi, hekimin qebuluna qeyd edilen vaxtda dusmeyeceksiniz, men saat 11:20 ucun yazilmisdim, hekimin qebuluna ise saat 11:50 gucnen dusdum, menim novbem ola ola mennen qabag 2 neferi saldilar hekimin otagina. 3) Hekimin ozu (Mehdi Mahmudi) cox savadsiz dermatoloqdur, 10-15 saniye uzunuse baxib sonra ise size internetde yazilan meqaleleri ezberleyibmis kimi sablon cumleleri size deyir, probleminize qulag asmir, hec maraglida deyil ona, sizde bu problem ne vaxt yaranib ve nece inkisaf edib, mene hec qulag asmirdi, sozumu yarida kesib derhal seanslara baslamaga gonderir, hansi ki minimum 7 olur, ve her seansin qiymeti minimal 100 manatdir, 2 hefteden bir. Yeni pasiente ferdi yanasma deyilen bir sey yoxdur, hamiya eyni mualice tertib olunur. 3) Seanslar cox berbad veziyyetde, novbe kimin olur bilinmir, xaotik novbeler olur, hamini yigirlar balaca koridora, ve neticede xeyli insan toplusu olur, alem deyir bir-birine, baxmayaraq ki vaxt teyin edibler size, o qarantiya vermir ki hemin vaxti hekime/kosmetoloqlara yoneleceksiniz. 4) Seanslarin ozu cox keyfiyyetsiz, yola verirler tezbazar sizi, cunki boyuk novbe olur, mecburiyyetden seanslar tez kecir, ve indi ozunuz dusunun, ele seanslarin bir effekti olacag? Mence yox. 5) Ve sonda, size axirda 15 manatliq losyon, ve 35 manatliq krem soxmaq istiyirler. Losyonda bilirsiz nedi? Aptekde satilan adi spirt, hansi ki qepik qurusdu, 15 manata onu verirler size, yeni gor ne qeder insanlari lox yerine qoyurlar. Kremde ki bilinmir ne kremidi, ag qabda balaca kremdi, ustunde yazi, marka falan hecne yoxdu, bilinmir nedi umumiyyetce, ve onu da size soxurlar 35 manata, men imtina eledim. Uzun sozun qisasi, 40 manat muayine ve 100 manat prosedura verdim, ve birde ora geden deyilem, ve hec kime de meslehet gormurem.
Продолжить чтение...Salam. Buna ne ad qoyaq? Mobil internet baglidi tlefonda proqramlar var ve menim baksel balansimdan 50 qepik bir 15 qepik de bir cixdi. Hele bu da azmiş kimi mesaj gondermisiz. Mobil şebeke bagli oldugu ucun internet istifadesi balansinizdan cixir. Ayibdi valla.
Men basha dushmurem bu ne mentigdir, kuryer catir restorana fikirleshirsen ki indi alib getirecek, amma restoran ancag kuryer catanda pishirmeye bashdiyir, o nece olur?
Salam internete 21 manat ayda pul verirem keyfiyetli suretli internet istifade etmirem. Sikayet edib 170 zeng etdim uzume telefonu sondurduler. Hele 1 saat xette gozletdirib manatdarimida yediler
11is günüdür ki kondisioner götürmüşəm gəlib çatdırılma ediblər quraşdirma ile bağlı ne zəng edən var ne birşey *6060 yigirsan deyilər məlumat verə bilmirik şikayətçiyem bir məlumat verilsin mene
Kuryer istemedi mertebe qalxmag ve gelmedi sifariwi vermeycun
"Qala kəndində Bolt taksi sifariş edirəm, başqa maşın və başqa sürücü gəlir. Sizin şirkətə necə etibar edə bilərəm?"
— Kamal
"Salam. Bakcell şirkəti mənə zəng vuraraq dedi: "Azercell nömrəni keçirin Bakcellə, sizə yeni tarif verək — 29 AZN, 40 GB və 2500 dəq." Onnan sonra 1-2 ay keçən kimi avtomatik olaraq özləri keçirib "Da..."
— Elçin
"Megalink çox bərbad bir şəbəkədir, başqa heç bir söz yoxdur."
— Şahin
"Mən işçi olaraq sizdən cavab ala bilmirəm, nə insan resursları, nə də rəsmisi səhifəniz mənə işdən çıxış barədə məlumat verilməyib. Vəkilim gələn kimi Azərbaycana ilk işim sizi məhkəməyə vermək olacaq..."
— Fəxriyar
Azeronline отвечает:
Salam. Hörmətli müştəri, 3 ay ödəniş etməsəniz xəttiniz bağlanacaq.