Вы остались недовольны услугами или продуктом какой-либо компании?
Либо остались довольны?
Поделитесь вашим опытом со всеми на Bələdçi.az
Milləti əsəbləşdirib xəstəliyə salmısınız. Batsın sizin bu şəbəkə! Nə vaxt 8220-yə zəng edirsən, 20 dəqiqə orada gözlədirsiniz, sonra deyirlər texniki şöbəyə yönləndirdik. Texniki şöbənin harda olduğu və əlaqə nömrəsini isə heç operator da bilmir.
May ayında çəkilmiş interneti, evdə təmir olduğu üçün istifadə etmədiyimdən bağlatdırmaq istədim. Məndən 110 AZN tələb etdilər, ya da ödənilmədiyi halda 140 AZN cərimələnəcəyim bildirildi. Səbəb? Mən 18 AZN-ə qol çəkmişəm, 25 AZN-ə yox. Əgər məsələ modemlə bağlıdırsa, modemi götürsünlər, mənə lazım deyil.
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 233 nömrəli məktəbin yanında yerləşən Oba marketin anbarının yanında küçə alveri ilə məşğul olan şəxsə görə, Oba marketin anbarına gələn yük maşınları məhəllənin yolunu bağlayır və yanındakı obyektin qarşısını kəsir. Məhəllə sakinləri artıq təngə gəlib. Hər dəfə bu hal baş verir. Xahiş edirik Oba marketin rəhbərliyindən bu məsələni tez bir zamanda həll etmələrini.
Çox pis xidmətləri var. İnternetin sürəti çox aşağıdır. Dəfələrlə zəng vurub demişəm, amma heç kim baxmır.
Salam, niyə sifarişimdə göstərilən maşın yox, başqa maşın gəlir? Və niyə yazılan məbləğ taksi ünvana çatanda dəyişir?
1.5 km-lik yola 1.50 AZN yazılıb. 10 dəqiqə gözləmədən sonra sürücü “Xəbərim yoxdur, proqram özü qəbul edib, 3 manat versən gələrəm” deyir.
İnternetin qiymətini qaldırıb, amma sürət artmayıb. Yalan vədlərlə bizi aldadırsınız. Mən şəxsən xidmətinizdən narazıyam və Aztelecom-u başqa şirkətlə əvəz edəcəyəm. Siz bizi məyus etdiniz.
Salam. Bülbülə qəsəbəsində yerləşən 3032 nömrəli mağazada çalışan kassir xanım Şəmsi mənimlə kobud danışır. İşçiləri incidib, müştərilərlə kobud danışır. Hər gün mağazaya yeni işçi gəlir, heç kimlə yola getmir. Mağazadan pis qoxu gəlir. Qiymətlər vitrinlə kassada fərqli olur. Xanım isə ancaq boş-boş danışır.
Bakı kartımda 7.10 AZN var idi, indi isə qırılıb və içində pul qalıb. Xahiş edirəm, necə geri qaytaracağımı izah edin.
Sizin bu internetə pul ödəmişik, niyə işləmir?
Kontakt Home-dan çox narazı qaldım. Təzəlikcə mebel aldım, Türkiyə istehsalıdır. 6 stul sifariş etmişdik, 5 stul gətirdilər. Geri getdik, bildirdik, bu dəfə başqa rəngdə stul gətirdilər. Mebelin siyirtməsinin taxılan yerini isə hələ də gətirməyiblər. Bir sözlə, bir daha oradan heç nə almaram, çox narazı qaldım.
Müştəri kodu: 001801621. 5 gündür internet yoxdur. 25 dəfə zəng etmişəm, 5 dəfə sosial hesablarınıza yazmışam. Eyni sözü, eyni cavabı verirsiniz: “Texniki şöbəyə yönləndirdik, qısa zamanda yaxınlaşacaqlar”. Artıq 5 gündür, bu “qısa zaman” nə deməkdir? Niyə və nə üçün müştərilərə ziyan vurursunuz? Ödəniş vaxtında 1 dəqiqə gecikəndə interneti dərhal kəsirsiniz, bəs bu nə deməkdir?
Salam, mənim internetim işləmir, xahiş edirəm, baxasınız.
Müqavilə imzalanmışdı ki, internet üçün 18 manat ödəniləcək, lakin məbləğ 25 manata qalxdı. Ən azından müqavilədə 1 illik müddət qeyd olunmuşdu. Bu qədər qiymət artımı heç də düzgün deyil.
Salam, 20.08.24 tarixində saat 17:30-da taksi sifariş etdim. 99-BV-857 nömrəli Aveo, telefonda 3.94 AZN göstərirdi, amma sürücü dedi ki, onun telefonunda 5.93 AZN göstərir. Dedi ki, şirkət belə edir. Xahiş edirəm, bu məsələni aydınlaşdırın.
Salam. Əvvəllər yaxşı idi, internetin sürəti də yüksək idi, amma indi zəifdir. Ödənişi də etmişik. Qaynar xəttə zəng edirəm, amma götürmürlər. Hamı birlikdə imtina edək, belə yalançı provayderdir Azeronline.
Sabunçu r-nu Masdaga qəsəbəsi Baloğlan Bağırov kuc, donge 3. Hər gün sübh tezdən gecə gündüz saatların təyyarələrin çox alçaq məsafədən uçuş etməsi bizləri çox narahat edir həddən artıq. Ciddi problemdir bizlərə. Xaiş edirik bir tədbir göresiz bununla bağlı
Ne sikayet defteriniz var nede ki kartla odenis etmek olur
Bu hün iki taksi sürücüsü məndən yazılan məbləğdən daha çox pul aldı.
Mən robot tozsoranı servisə verdim, zəmanəti var idi, çarxı işləmədi, servis 17 gün saxladı (03.08-20.08.24). Hələ də xəbər yoxdur. Nə problemi var, və nə vaxt geri verəcəklər. Servis bərbad. Çox pis.
Я заказала еду для кошек, мне принесли не тот товар, который я заказала. Курьер не мог говорить на азербайджанском языке не слово, был иностранец. Я ему сообщила, чтобы он сообщил своим главным, что мне не тот товар послали. Он взял ушел мне ничего не сказал, мне кажется у меня вообще не понимал. Так как он говорит на азербайджанском очень плохо, теперь на меня написали всю сумму оплаты даже за ту еду которую я не получила. Говорят что у нас так принято делать тот товар как будто бы уничтожили. Прошу у них фотографии, тоже не могут послать как уничтожали или видео. Мне кажется конечно этот товар перепродали или вернули магазин или себе взяли, не знаю мне об этом не пообещали. Но за товар тоже деньги требует который я вообще не получила когда прекратится это наглость
Продолжить чтение...Men onceden balansa pul yuklemeye qerar verdim 10 man bir odedim yazdi balans 10 man. Sonra 5 man odedim 4.17 odenis oldu, banka zeng etdim dediler bizden odenis tam olub, dedim yalnisliq olsa sikayet edecem, bu gun baxiramdi 14.17 den pul cekilib olub 13.33. Kim oturub o basdaki gunde balansdaki pulu cekir? Pul yerine oturmasa baxinda onsuzda qiymeti oz iradenizle qaldirib qoyubsuz dag basina ama cibimize girmeye esla haqqiniz yoxdur!!!
Salam sizin İnternet xidmətimizdən narazıyam 25 manat ödəniş eləmişəm amma 15/20 mb sürət gəlir bir saatan artı qaynar xətinizə zəng vururam cavab verən yoxdu
Salam internet niye sürəti qalxmayıb evelll 18 manat idise 25 cixilib niye sürət duzelmeyib
Salam bizim müqavliya 15 manatdı. 25 manat olsa men razı deyilem gelim yığşdırıb apara bilersiz
Internetin keyfiyyetini yukseltmek evezine qiymetleri qaldırsız heç bir melumat vermeden. Heç men qiymeti de bilmirem indi neçeye olub, bu nedir bele?
Sürücülərinizdə nə sürücülük mədəniyyəti var nə insanlıq mədəniyyəti. Camaatın həyatınan oynayırsız. SÜRÜCÜ seçəndə bütün yoxlamalardan normal qaydada keçirdin. O qeder pul ödəmirikki həm əsəbimizdən həm canımızdan olaq
"Bugün saat 5 radələrini Naxçıvanda boltdan istifadə etdik. Yazıb narahat edir, sürüşlə bağlı lazımsız məlumatlar verib narahat edici sözlər deyir."
— Nəzrin
"Salam, mənim aylıq borcum 7 AZN-dir. Niyə aylıq ödənişdən sonra təzdən faktura borc 4.95 AZN olur? Hər ay belə olur. Məni başa salan olsun ki, bu borc nədən yaranır?"
— Sadiq
"Megalink çox bərbad bir şəbəkədir, başqa heç bir söz yoxdur."
— Şahin
"Mən işçi olaraq sizdən cavab ala bilmirəm, nə insan resursları, nə də rəsmisi səhifəniz mənə işdən çıxış barədə məlumat verilməyib. Vəkilim gələn kimi Azərbaycana ilk işim sizi məhkəməyə vermək olacaq..."
— Fəxriyar