Bələdçi.az
Bolt
Bolt

Bolt жалобы и отзывы

Компания такси Компания такси
★
☆
☆
☆
☆
1.0 / 5.0
Рейтинг: Плохо

На этой странице вы можете прочитать жалобы и отзывы про Bolt. Также вы можете оставить свой собственный отзыв про Bolt.

Вы пользовались услугами этой компании?


Отзывы (268)

5 ★
1%
4 ★
0%
3 ★
4%
2 ★
5%
1 ★
91%
  • ★
    ★
    ★
    ★
    ★

    Salam. Bu gün Bakıxanovdan Masazıra Bolt sifarişi etmişik. Maşında qadın və uşaq olub. Ravon 99 UG 081. Saat 16:01. Səviyyəsiz bir sürücü gəlib, maşında siqaret çəkib, söyüş söyüb. Elə bil meyxanadadır. Başa düşmürəm, bu səviyyəsizləri xüsusi imtahanla qeydiyyata alırsınız? Xahiş edirəm, bununla bağlı ölçü götürülsün.

  • ★
    ★
    ★
    ★
    ★

    Salam. Bu gün saat 17:00-da Bolt taksi sifariş verdim, hava limanına. Qiyməti 6.80 AZN göstərirdi, maşın gəldi, sifarişimi götürmədi. 3 maşın belə imtina etdi. Deyir ki, 20 manat ödəniş elə, aparım. Yəni 7 manatla 20 manat birdir? Yazışmada da yazıb, mən skrin edib başqa səhifələrdə paylaşacağam. Birinci növbədə insanlıq olmalıdır. 20 manata elə hava limanının taksisi ilə gedə bilərəm. Bolt sifariş edirəmsə, deməli, öz büdcəmə görə edirəm.

  • ★
    ★
    ★
    ★
    ★

    99-XA-767 nömrəli ağ rəngli Hyundai Tucson sürücüsünün adı Aydandır. Bu sürücünün maşınında əşyamız qaldı, sonra zəng etdik, amma nömrəsinə zəng çatmadı və əşyanı geri qaytarmadı.

  • ★
    ★
    ★
    ★
    ★

    Təəssüflər olsun ki, son zamanlar taksi sifariş edərkən qeyd olunan maşın nömrəsi əvəzinə başqa marka maşın, başqa nömrə ilə gəlir. Artıq ölçü götürmək zamanı gəlmədimi?

  • ★
    ★
    ★
    ★
    ★

    90OE172 nömrəli taksi sürücüsü arxada müştəri xanım varkən telefonla danışır, çox pis və iyrənc söhbətlər edir, hətta telefon diktafonda idi, hər şey eşidilirdi. Xahiş edirəm bir tədbir görülsün və mənimlə əlaqə saxlanılsın.

  • ★
    ★
    ★
    ★
    ★

    Siz sürücünüz bizim evə çatanda əlaqə saxladı, məbləği öyrənib gedişi ləğv etdi. Sürücünün adı İmrandır, Opel Astara sürür, çox pisdir. Nəzərə alasınız.

  • ★
    ★
    ★
    ★
    ★

    Salam, dünən Bolt gedişi olub, kartdan pul çıxıldığı halda bir daha nağd alış oldu.

  • ★
    ★
    ★
    ★
    ★

    Salam, mən bu gün Zabrat 2 stansiyasından evə taksi sifariş etdim, kartla, lakin internetdə guya taksi məni Zabrat 2 stansiyasından götürüb Maştağa Daş Karxana ünvanına çatdırdı. Halbuki mən taksini görmədim və nəticədə 2 körpə uşaqla orada qaldım. Mənim kartdan pulum silindi, təkrar taksi sifariş edə bilmədim. Taksi sürücüsü ilə əlaqə saxladım, o isə Bolta girə bilmədiyini dedi. Bu nə cür sürücüdür? Mən Bolt xidmətindən istifadə edirəm, bu isə girə bilmir və guya məni ünvana çatdırır. Pulun geri qaytarılması və belə sürücülər barədə tədbir görülməlidir. 2 körpə, temperaturu olan uşaqla yolda qalmağım və kartımdakı son pulun silinməsi sizin haqqınızda mənfi fikir formalaşdırdı.

    Продолжить чтение...
    • Фото
  • ★
    ★
    ★
    ★
    ★

    Hal-hazırda bu şirkətdən taksi sifariş etdim. Qapıya gəldi və geri qayıtdı. Maşının nömrəsi 997-dir. Sürücü qışqıraraq dedi ki, mən yük götürə bilmərəm. Yüklər iki balaca səbət idi. Üstəlik, ünvana çatanda 3 manat yazmasına baxmayaraq 7 manat aldı. Məqsədiniz nədir? İnsanları infarkt etmək? Sürücülərinizə diqqət yetirin, insanlarla rəftar etməyi bacarmayan sürücüləri niyə işə götürürsünüz? Sizə belə rəftar edilsə, xoşunuza gələr?

  • ★
    ★
    ★
    ★
    ★

    Sürücü sifarişimizi qəbul edib, 15 dəqiqə gözləməli olduğumuzu bildirmişdi. Bəlkə də 20 dəqiqə gözlədim, 2 və 3 yaşlı uşaqla günün altında. Maşın tam bizə yaxınlaşan anda sürücü imtina etdi! Belə şey olar? Ən azından əvvəlcədən imtina edərdi. Gedəcəyimiz yer bir az uzaq idi, hamı qəbul etmirdi deyə gözləyirdim.

Bələdçi.az не имеет никакого отношения к Bolt. Все отзывы добавлены индивидуальными пользователями. Bələdçi.az не несет ответственность за содержание и правдивость опыта. Рейтинг компании вычисляется на основе оценок, данных пользователями.

bolt в Баку отзывы, болт отзывы в Баку, жалоба Bolt, bolt пожаловаться, болт жалоба, Bolt акции, Bolt продукты, Bolt кампании в Баку

Хотите анонимно написать жалобу про Bolt? Написать отзыв