Bakcell жалобы и отзывы
Вы пользовались услугами этой компании?
-
Tarifim "Doğma Cənub"dur, Qubadan Qubaya danışmışam. 45 dəqiqəyə yaxın danışmışam. Niyə məndən 3 AZN 15 qəpik çıxılıb? İki qəpikdən 1.20 AZN çıxılmalı idi. Milləti dolayırsınız. Bilmirsiniz, nə yollara əl atırsınız. Tariflər nəyə lazımdır onda? Şəkilləri çəkmişəm, faktla.
-
Bakcell rəsmən oğurluq edir. İnsanların balansına xəbərdarlıq etmədən girmək oğurluqdur. 1.99 AZN heç nə bildirmədən, xəbərdarlıq etmədən balansdan silinir. 0.67, 0.25 qəpik və beləcə oğurluq baş alıb gedir. Əziyyətlə işləyib balans yükləyirik ki, sizin cibinizə getsin. İnternet verir, amma nömrədə internet yoxdur, köhnə knopkalı telefondur. İnsanların əsəbləri ilə oynamaqdan əl çəkin. Dəqiqə başı balansdan məbləğ silinib hansısa paketə qoşursunuz, ağlınıza gələni edirsiniz. Hamı bir nəfər kimi Bakcelldən çıxsa, hər şeyi hədiyyə paylayacaqsınız.
-
Qətiyyən Bakcell müştərisi olmayın. Öz keflərindən sizi hansısa xidmətə qoşurlar (hansı ki həmin xidməti dayandırmaq olmur). Durduq yerə konturum çıxır. Hətta baxmayaraq ki, 1 aydan çoxdur kontur yükləmirəm, yazılır ki, nömrəniz aktivdir və bütün yerdə qalan konturum gedib. Ən bərbad işləyən şirkət ola bilər. Zəng edirsiniz, düşə bilmirsiniz, çox fırıldaqçı şirkətdir.
-
30 ildir ki, Bakcell işlədirdim, amma indi çox narazıyam və tərk etməyə qərar verdim. Özbaşına büdcədən pul çıxırlar, gah sms pulu elədilər, indi də zorla deyirlər ki, iki manatlıq danışmasan da onsuz da çıxırıq. Bu mənim şəxsi qazandığım puldur, istəsəm danışıram, istəsəm qoyuram qalır. Siz oğrusunuz ki, girib 5 manat çıxmısınız, hələ telefonum bir tərəfli bağlı ola-ola da bu gün girmisiniz? Əvəzində zorla mənə lazım olmayan təkliflər vermisiniz. İstəmirəm deyəndə, operator çiynini çəkir ki, şirkətin yeni qanunudur. Görəsən, bu özbaşınalığa tədbir görən olmayacaq? O zaman 30 ildən sonra mən də, ailəm də bu şirkəti tərk edib provayderi dəyişəcəyik!
Продолжить чтение... -
Salam. Mənim balansımdan 20 manat çıxılıb, 1500 dəqiqə və 50 GB internet. Mən bu tarifi seçməmişəm. Xəbərim olmadan niyə tarifim dəyişilib? 555-ə nə qədər zəng vursam da, cavab verilmir. Xahiş edirəm, mənimlə əlaqə saxlayın.
-
Bakcelldən şikayətçiyəm, xəbərim olmadan balansımdan 2 manat və 0.67 qəpik tutulub. Heç bir tarifə qoşulmamışam. Bu, xalqın cibinə girmək deməkdir. Hamı birləşsin, məhkəməyə verək. Telefona da cavab vermirlər.
-
Bu nə deməkdir, iki dəfə mesaj gəlib ki, 0.66 AZN çıxıldı balansdan. Əvvəllər 1 qəpiklə öyrənirdik. Dələduzluqdur bu, yeni dələduzluq növü.
-
Bakcell əvvəllər həqiqətən yaxşı operator olub. Lakin son iki ildir ki, oğurluqla məşğuldur. Son aylarda oğurluq daha da artıb. Deyək ki, siz internetdən 1 mb-lıq şəkil yükləsəniz, 5 mb hesablanacaq. Nəticədə aldığınız internet paketi 3 günə bitəcək. Bu azmış kimi gecələr balansınızdan oğurlayırlar. İzahlı qaimədə hər şeyi görə bilərsiniz, səhərə yaxın yatdığınız vaxt.
-
Hörmətli Bakcell, artıq 40 gündür ki, sizinlə əlaqə saxlaya bilmirəm. Operatorun qəbuluna düşə bilmirəm, zəhmət olmasa, dəyərli vaxtınızdan ayırıb cavab verin. Bilmirəm dərdimi kimə deyim.
-
Üç saatdır zəng edirəm, qəbul edən yoxdur. SMS gəlib, kodu yığıram, qəbul edilmir. Belə iş olmaz.
Bələdçi.az не имеет никакого отношения к Bakcell. Все отзывы добавлены индивидуальными пользователями. Bələdçi.az не несет ответственность за содержание и правдивость опыта. Рейтинг компании вычисляется на основе оценок, данных пользователями.
bakcell в Баку отзывы, баксель отзывы в Баку, жалоба Bakcell, bakcell пожаловаться, баксель жалоба, Bakcell акции, Bakcell продукты, Bakcell кампании
в Баку
