Aztelekom жалобы и отзывы
Вы пользовались услугами этой компании?
-
Çox da yaxşı deyil. Kafidir.
-
Fevral ayının 6-dan gələn optik xətti qar qırıb, ayın 7-si Aztelekomun Lerik qovşağına müraciət etmişəm, deyilib ayın 8-i baxılacaq, həmin gün yenidən müraciət etmişəm, deyiblər şənbə bazardır, biz işləmiik. Ayın 8-dən 4 dəfə 170 çağırı mərkəzinə, 3 dəfə də Lerik qovşağına müraciət etmişəm. 170 ancaq boş-boş müraciət yönəldir, müraciətə normal baxmayan şöbələr rayon qovşağıda deyir, hələ sənin növbədə 500-cüsən, amma ödəniş vaxtı saniyəsində internet kəsilir. 7 gündür burdan internet yoxdur, və 500-cü növbəni gözləyənənə qədər bir 10 gündə oradan gözləməli olacam, hər gün də 83 qəpik xidmət haqqı tuturlar. Xidmət səviyyələri 0-dır.
Продолжить чтение... -
Salam! 09.01.2025-dən bu vaxta kimi neçə dəfə müraciət etmişəm. Telefon işləmir. İnternet 🛜 isə yoxdur hələdə. Təmir edən də yoxdur.
-
Internet zəifdir, internet. Səhər saat 9-da operatora zəng etdim, problem hələ də həllini tapmayıb. İnternet iştəmir. Telefon işləmir.
-
Çox xahiş edirəm, mənim internetimi düzəldin. 4 gündür girinc olmuşam. Neçə dəfə deyərlər. Baxan yoxdur. Düzəlir, 4 saat işləyir, yenə itir. 3-49-37 cəlilabad.
-
Yazıb bildirmək istəyirəm ki, mən 25 iyul 2024-cü il tarixində internet çəkdirmişəm, hər ayın 25-dən 25-nə odəmişəm, aylığı, oktyabr ayı pulum olmadığından 5 gün gecikmək ilə noyabrın biri odəmişəm. Mənə 140 AZN cərimə yazıblar, qaynar xətdə zəng edirəm, deyir deyirlər, Goranboy qovşağına gedin, ora gedirəm, deyirlər, müdirin yanına gedin, müdirin yanına gedirəm, bildirirlər ki, müdir yoxdur, biz kimə müraciət etməliyəm bilmirəm. Xahiş edirəm, mənə köməklik edəsiniz.
-
İnternet kəsilibsə, dərdimizi deməyə yer yoxdur. 170-ə zəng edirsən, deyirlər müraciətiniz qeydə alındı, sizinlə əlaqə saxlanılacaq. Amma 2 sutka tamam olmağa az qalır, hələ də internet yoxdur.
-
Hər kəs narazıdır. Sürət zəifdir deyə. Burdakı məsələ, internetə düzgün qoşulmamağınızdır. Gedib modemdən 5 ghz-ni aktiv etsəniz, 100 mbps ala bilərsiniz. Mən 560 mbps alıram.
-
Aztelekom 2 aydır internet çəkilib, hər gün 3-4 saat kəsilir, 170 xidmətinə yığırıq, hər dəfə qeydə aldıq deyir, amma həllini tapmır. Mən imtina etmək istəyirəm, onda da deyir 140 AZN ödəməlisən. Boş yerə niyə hər ay 25 AZN ödəməliyik?
-
İnterneti 10 gündür çəkiblər evə. Modem də qoyulub pulunu da köçürmüşəm, naqili dirəyə birləşdirməyiblər. Müqaviləni pozan özləridir. Mənim ödədiyim 25 AZN havada qalıb. Gəlib birləşdirmirlər, hər gün gedib deyirəm, dəfələrlə 170-ə zəng etmişəm, baxan yoxdu. İmtina edib məhkəməyə verəcəm. Lazım deyil mənə belə xidmət. 02******** di internet nömrə. Qubada elə ATS yaxınam.
Bələdçi.az не имеет никакого отношения к Aztelekom. Все отзывы добавлены индивидуальными пользователями. Bələdçi.az не несет ответственность за содержание и правдивость опыта. Рейтинг компании вычисляется на основе оценок, данных пользователями.
aztelekom в Баку отзывы, азтелеком отзывы в Баку, жалоба Aztelekom, aztelekom пожаловаться, азтелеком жалоба, Aztelekom акции, Aztelekom продукты, Aztelekom кампании
в Баку
