Реальные отзывы об услугах, компаниях и ресторанах в Азербайджане
Вы остались недовольны услугами или продуктом какой-либо компании?
Либо остались довольны?
Поделитесь вашим опытом со всеми на Bələdçi.az
Избранные категории
- Магазины одежды
- Сотовые операторы
- Интернет-провайдеры
- Такси
- Красота и уход
- Клиники
- Центры образования
- Отели
- Карго
- Развлечения
- Зубные врачи
- Цветочные магазины
- Автосервисы
- Кафе
- Учеба за границей
- Спортзалы
- Пабы и бары
- Химчистка
- Для детей
- Страховые компании
- Доставка воды
- Ремонт техники
- Спорт. товары
- Ветерианры
Хотите анонимно написать отзыв про какую-то компанию?
Написать отзывПоследние отзывы
-
Mən də dəstək xidmətlərinə yazdım, heç kim maraqlanmadı. Həm sifarişləri düzgün gətirmirlər, həm də maraqlanmırlar.
-
Sistemlər gecikir, ödənişlər vaxtında oturmur.
-
Ən pis mağazadır. Televizor aldıq 4000 AZN-ə, 1 saat belə işləmədi! Şəkil getdi, səs qaldı! 2 ay bizi aldatdılar, sonra dedilər ya 50% ödəyin, ya da televizoru geri alacağıq! Aldanmayın, bunlar şarlatanlardır!
-
Çox pis işçiləri və problemli şöbənin rəhbəri Orxan adlı şəxs var ki, bunlar müştərinin problemini həll etmək əvəzinə, yola verməklə, loru dildə desək, baş aldatmaqla məşğuldurlar. Servis 0 dərəcədə pisdir.
-
Salam. Mən bu gün 06.09.2024-cü il tarixində 15 AZN dəyərində sifariş vermişəm. Almaq istədiyim məhsulun dəyəri 10 AZN-dir. Pulsuz çatdırılma olsun deyə 5 AZN-lik əlavə sifariş eləmişəm. Marketdə mənim sifariş verdiyim məhsul olmadığı üçün mənə məlumat vermədən başqa məhsul göndəriblər. Bununla bağlı sizin online çata yazanda sizin əməkdaşlar 10 AZN-i kartıma qaytardı, amma 5 AZN-i qaytarmadılar. Cavabında isə növbəti dəfə üçün marketə xəbərdarlıq edəcəklərini bildirdilər. Birincisi, mənim pulumla kiməsə xəbərdarlıq etmək lazım deyil. İkincisi, partnyorluq etdiyiniz marketin etdiyi məsuliyyətsizlik sizin göstərdiyiniz xidmətə zərər gətirir. Üçüncüsü, mən sırf almaq istədiyim məhsula görə əlavə 5 AZN-lik məhsul sifariş edirəm və onu geri qaytarmırsınız. Bu xidmət sahəsinə yaraşmayan bir ayıbdır və etik deyil.
Продолжить чтение... -
Azal şirkəti 11 apreldə Mədinə-Bakı reysində çemodanımızı itirdi. Artıq 5 aya yaxındır ki, zəng edib şikayət etmədiyim telefon nömrəsi və məktub yazmadığım email yoxdur, amma 1 manat da olsa, kompensasiya ödənməyib. Süründürməçilik... elə bil dünyanın sivilizasiyadan uzaq, geri qalmış ölkələrinin hava yollarıdır.
-
Купил встраиваемый духовой шкаф Gorenje за 1300 азн, и еще миксер bosch, утюг phillips сделал оплату, сказали что привезём через день, прошла неделя, привозят духовой шкаф, без коробки, обмотанный стиджем, все остальное вроде в норме. Сказали что проверяли, поэтому упаковка не целостная, оставили уехали. Отмотал стрижд, а там все памятое. Звоню им на 6060, говорят что заявку приняли, разберёмся. Фоткаю и прихожу в магазин. Там меня заверяют что товар заменят как только он поступит. Оказывается эта модель в их магазине была последней, и на складе тоже нет. При демонтажа памяли. Прошел месяц, никто не звонит, ничего не говорят. Зашёл в магазин мне там говорят что вы должны были в течении 14 дней вернуть товар. Теперь ни чем помочь не могут. Лохотрон какой-то. Позвонил на горячую линию там тоже внятного ответа не было. Не помню где При опросе поставил 1 звезду, мне позвонили спросили почему такая оценка, объяснил причину. Извенились сказали что проблему решим, и опять молчит. Берите в рассрочку, и при возникновении проблем просто не платите.
Продолжить чтение... -
Müraciət etmişdim ki, mənim modemim dəyişdirilsin. Lakin mütəxəssis gəlib bildirdi ki, "dəyişdirə bilmərik, modem bizim şirkətdə qeydiyyatda deyil." Özləri gətirib quraşdırıblar, indi də deyirlər, bizim deyil. Biabırçılıq. Mənim kodum: 33002003a008
-
Şikayətim özbaşına çəkilən xəbərsiz puldur. 20.11 AZN və 25.08 AZN sifarişə pul çıxılıb. Bu necə olur? Hansı ünvana çatdırılıb? Qəbzini tələb edirəm ki, mənə təqdim edəsiniz. Mən yemək sifariş etmirəm, Xırdalanda qalıram. Proqrama girəndə göstərir ki, ünvana çatdırılma yoxdur.
-
Bakıkart tətbiqi 1 aydan çoxdur ki, işləmir. Çox trajikomik bir vəziyyətdir. Təsəvvür edin ki, Bakı sakinləri üçün əhəmiyyətli bir tətbiqi 1 aydan çoxdur ki, düzəldə bilmirlər. Nə məsələdirsə, ABB tətbiqində Bakıkart ödənişinə 20% keşbek verdikdən sonra Bakıkart tətbiqinin nasazlığı düzəlmir ki, düzəlmir.
-
Mən sizi məhkəməyə verəcəm. Yəqin ki, danışıqlar qeydə alınıb. Mənə səhv məlumat verdiniz. Mən nə edirəm 17 manata 1.5 GB interneti? Mənə 10 GB demişdiniz.
-
Salam, mənim dayıoğlum Naxçıvandan gəlib, ancaq baqajı götürməyə gücü çatmır, yaşlı adamdır. Baqajı götürməyə icazə vermirlər, baqajın piltəsi də məndədir. Yeni rəis Pərviz yeni qanun çıxarıb.
-
Tarifləri qaldırdığınız üçün qiymətlər də artıb. Sabah interneti bağlatdıracam!
-
Mən 25 manata razı deyiləm, şikayətçiyəm. Bizim müqavilə sizinlə 15 manatdır, elə olarsa razıyam, yenə deyirəm 25 manata razı deyiləm.
-
Bu gün sifariş edəndən sonra 2 sürücü ilə eyni mövzu oldu: "yaxın deyiləm" və ya "müştərim var, gələ bilmirəm". Halbuki sürücülər qeyd etdiyim ünvana çox yaxın idilər, təqribən 40 metr məsafədə. 1. Maşın nömrəsi 99 UA 196, Toyota Prius. 2. Maşın nömrəsi 20 CY 119, Chevrolet Malibu. Hər iki sürücünün reytinqinin aşağı salınmasını istərdim. Belə sürücülər şirkətin reytinqini aşağı salır və müştəri narazılığına səbəb olur. Bu şəxslərlə bağlı tədbir görülməlidir ki, daimi sizin taksi proqramınızdan istifadə edən sərnişinlər sizdən narazı qalmasın.
-
Sizin operatorlara düşmək olmur, nazirin qəbuluna düşmək bundan asandır. Üzünüzü internet qoyanda görürük, çox pisdir.
-
Azeronline отвечает:
Salam. Müraciətlərin çoxluğu ilə əlaqədar xətdə gecikmələr yaşana bilir. Zəhmət olmasa çətinliyinizi qeyd edin , sizə məmnuniyyətlə köməklik göstərək.
-
-
Çox pisdir, insanları aldadırlar. Dəfələrlə aldığım malları qızıl zəmanətlə almışam, deyiblər ki, əgər istifadə etməsəniz, zəmanətdən onun dəyəri məbləğində hər hansısa mal əldə edə bilərsiniz. Amma müəyyən vaxtdan sonra müraciət edəndə, zəmanətin qurtardığı vaxtdan 1 ay sonra müraciəti əsasız sayırlar və beləcə xalqı aldadırlar. Alınan malların çoxu zəmanət qurtaran kimi xarab olur. Bir də malın ikiqat qiymətini üstünə qoyurlar. Bir sözlə, Kontakt Home alış-veriş edilməsi üçün düzgün yer deyil. Hər tərəfdən xalqı aldadırlar.
-
Sentyabrın 3-dür bu gün, 31 avqustda ödəniş etdim ki, internetdə problem olmasın. İndi internet yoxdur. WhatsApp-la əlaqə saxlamaq istədim Katv ilə, əlaqə yoxdur, mesajlar çatmır. Mobil əlaqə yaratmaq istədim, deyir ki, bu nömrəyə zəng çatmır. Online işim var, hazırda Katv mənə maddi ziyan vurur.
-
Salam, mən İrşad Telekomun tətbiqini yükləmişəm, amma tam qeydiyyat ola bilmirəm və 600 AZN-lik kreditin 450 AZN-ni 1 ay içində ödəmişəm. Faiz niyə aşağı düşmür?
-
Ünvan barədə anlaşılmazlıq olduğundan sürücü üstümə qışqırdı. Ağladığımı görüb daha da betər qışqırmağa başladı. Heç cür özümü ona ifadə edə bilmirdim. Bu cür çobanları niyə Boltda sürücü kimi fəaliyyət göstərməyə icazə verirsiniz? Hələ də özümə gələ bilmirəm. Səhər-səhər bütün bədənim əsir bayaqdan. Ödəniş etdiyim üçün çox peşmanam.
-
Tarifim "Doğma Cənub"dur, Qubadan Qubaya danışmışam. 45 dəqiqəyə yaxın danışmışam. Niyə məndən 3 AZN 15 qəpik çıxılıb? İki qəpikdən 1.20 AZN çıxılmalı idi. Milləti dolayırsınız. Bilmirsiniz, nə yollara əl atırsınız. Tariflər nəyə lazımdır onda? Şəkilləri çəkmişəm, faktla.
-
1 aydan çoxdur ki, "xətləri dəyişirik" adıyla işlək internetimizi kəsibsiniz. Nə yenilənmə var, nə də bir şey. Hər gün zəng edirəm, "bu gün, bu gün" deyib yola verirsiniz. Bu nə vaxta qədər belə davam edəcək? Bu cür məsuliyyətsizlik olar? Sizin müştəri məmnuniyyətiniz budur? Azeronline, ölkədə ən keyfiyyətsiz internet provayderi olmaqdan başqa vətəndaşların haqqını, pulunu yeyirsiniz. Ödədiyim ödənişi, amma sizin məsuliyyətsizliyinizdən istifadə edə bilmədiyim internetin ödənişini geri qaytarın, heç olmasa.
-
İnternet yoxdur, heç bir telefona zəng etmək mümkün deyil, qaynar xətt işləmir. Elə bil şirkəti satıb qaçıblar. Haqqımı halal etmirəm.
-
Повысили оплату за интернет до 27 манат, где скорость? Платить за интернет который в любой момент может отключиться и сидеть полчаса без интернета
-
1 ulduz da çoxdur. Saat 23:20-də olan uçuş növbəti gün 05:35-ə təxirə salınıb və heç bir səbəb göstərmirlər.
-
Bu gün 57 AZN dəyərində sifariş etdiyimiz yeməyi kuryeriniz gətirmədi və bizi blokladı. Dediyinə görə, Pakistan vətəndaşıdır. İndi biz nə yeyək?
Компании, на которые жалуются больше других
-
"Bu gün Çaykənd kəndi ərazisində taksi lazım idi. Sürücü tapıldı. Sürücülər çox kobuddur, qiymətlə bağlı narazılıq bildirirlər. Ora yazılan qiymətlə razılaşmırlar və üstəlik adamın üstünə bozarlar ki, ..."
Перейти на страницу компании
— Murad -
"Allah sizin camaatdan boş-boşuna aldığınız pulları sizdən qəpiyinə kimi geri alsın."
Перейти на страницу компании
— Sevinc -
"Bu nədi? Aylığı ödəmişəm, amma internet yoxdu. Qoyduğunuz nömrə yanlışdı."
Перейти на страницу компании
— Vuqar -
"Salam. Məsləhət görmürəm bu şəbəkədən nəsə almağı. İnsanları aldadmaqla məşğuldurlar, bir də mən əziyyət çəkənlərdən. 5 gün qabaq Bosch markalı kondisioner almışam, 980 aznə nağd ödənişlə! Dedilər 3 g..."
Перейти на страницу компании
— Роман

Azeronline отвечает:
Salam. Sizə kömək edə bilməyimiz üçün zəhmət olmasa. Abunə kodunuzu qeyd edərdiniz.