İnşaatçılar filialınızda iş saatı nə qədərdir? Saat beşdə kassa bağlanır, beşə kimi iş saatıdır, amma 16:20–16:30 radələrində deyəsən özünüz üçün iş bitmiş sayılır? 7 masa var, sadəcə birində müştəri var, işçi işləyir. Digərlərində ya işçi yoxdur, ya da formalar belə dəyişib, saatın tamam olmasını gözləyirlər. Tək gözləyən mənəm, amma 20 dəqiqədir sıra gəlib çatmır — sıra yoxdur, amma sıra gözləyirəm??? Masaya yaxınlaşanda isə menecerdən okey verməsi lazım olan sənədə okeyini gözləyirik, menecer telefonla danışır. Deyək ki rəsmi bir şeydir — yox, heç elə də görünmürdü, gülə-gülə danışır. Axırda o okey verir, hər şey hazır olur, sonra da saat 17:00 oldu, kassa bağlandı? Niyə mən daha tez gəlmişkən sizin səhlənkarlığınıza və ya yola verməyinizə görə günümü itirirəm?
Прочитать больше отзывов про Rabitəbank