Oba Market жалобы и отзывы
Вы пользовались услугами этой компании?
-
Salam. Binəqədi rayonunda yerləşən Oba Marketdəki kassir və işçilərlə bağlı artıq neçə dəfədir ki problem yaşanır. Oba Marketin əlaqə nömrəsinə yazırsan, heç kəs cavab vermir. Xahiş edirəm, kimsə maraqlansın onlarla.
-
Salam, Yasamal İnşaatçılar metrosu, Megastore ilə üzbəüz Oba dəhşətdir, kassirə baxırsınız, 'haa' deyir, təmiz deyil, hər yer çirkin, kassir xanım qarnına şarf bağlayıb, marketin ortasında kotlet yeyirlər, iy gəlir, bazardır yoxsa məhəllədir, bilinmir, belə natəmiz yer olar, dəhşət, nəzarət 0
-
Koroğlu ərazisində ədliyyə hərbi hissəsinin yanındakı Oba Market axşam vaxtı kassa təhvili adıyla 40 dəqiqə obyekti bağlı saxlayırlar, müştəri qəbul etmirlər.
-
Qubadlıda olan Oba marketdə antisanitariya, gigiyena və müştəri xidmətləri heç də ürək açan deyil. İşçilər müştərilərlə sərt, acı, hətta söyüşlə belə danışırlar. Yeməyə ərzaq almaq istəyirsən, kassanın tozunu, vitrinlərin çirkab içində olmasını və yerdəki kafeldə olan palçığı gördükdən sonra yemək yeməyə iştah qalmır.
-
Oba Market Neftçilər, Real Şadlıq Sarayının yanı. Məhsullar bərbad vəziyyətdədir, çörəklər tarakanla doludur, dəfələrlə şahidi olmuşuq, düzəliş olunmur, tədbir görülsün.
-
Salam. Bir neçə gün əvvəl Ukrayna dairəsindəki mağazadan alış-veriş edərkən pulum çatmadı, bir məhsulu silin dedim, mənimlə kobud danışdılar. Başa düşmədim, məhsul silmək belə böyük problemdir ki? Özünü müdir deyən şəxs, bir xanım, mənimlə kobud danışdı. Sizdə çox özbaşınalıq var. Mağazaya normal insanları götürün, zəhmət olmasa. Mən istəyirdim, daha yuxarıya şikayət edim. Yenə nəzərə alınmazsa, yazacağam. Bir günorta getmişdim, mağaza bağlı idi. Təmizlik axşam işdən sonra görülür. Gündüz vaxtı mağaza niyə bağlı olur ki? İş saatını 7-11 yazıb vurmusunuz qapınıza. Mənim evimin yanındadır, oradan bazarlıq edirəm. Nəzərə almağınızı xahiş edirəm.
Продолжить чтение... -
Salam. Binə qəsəbəsində, Bakavtomatın arxasında, asfalt tərəfdə yerləşən, Qarabağlı kişi salonunun yaxınlığındakı Oba marketin işçilərindən şikayətçiyəm, həm də çox. Qəbzdə göstərilən pulu göstərirəm; mənə pulun qalığını düzgün qaytarmır və hələ özünü düz çıxartmağa çalışırdı. Qaşlarını rəngləyən qadın idi. Heç səhvini də boynuna almadı. Zəhmət olmasa, bir tədbir görün, çox xahiş edirəm, insanları aldadıb pullarını mənimsəyirlər. Mənim yaşım azdır deyə məni də aldatmaq istədi; düzdür, payını orada verdim, amma tədbir görün, hər kəs mənim kimi açıq sözlü, ağıllı deyil; tədbir görsəniz sevinərəm. 🙏🏻
Продолжить чтение... -
Cox pis, 1 həftədir maaşı ala bilmirəm, camaatın işi gücü var da, kredit ödəyirik, 9 saat işləyirik, heç olmasa pulumuzu verin.
-
Ramanada kanalın yanında yerləşən Oba Marketdən güclü şikayətim var, hətta nazirliyə belə bildirmək istəyirəm, işçilərlə bağlı özbaşınalıq baş alıb gedir. Adicə məhsulun kodunu soruşsan, verdiyi cavab mənim məsuliyyətim deyil deyir. Müdir bilməlidir, filan kod yoxdursa almayın deyə bildirir, sual verirəm, kodu ala bilərsiniz müdirdən? Deyir, alaram, amma almıram. Bu nə məsuliyyətsizlikdir, bununla bağlı tədbir görülsün. Balaca boy qısa saç qızdır deyən.
-
Mən əvvəl işləmişəm Obada və müəyyən səbəblərdən çıxmışam, qanunda çıxandan sonra 6 ay keçdikdən sonra yenidən müraciət edə bilərəm və ofisə yazmışam, mənə qayıdıb deyirlər ki, mən işdən çıxanları işə götürmürəm. Bu çox səhv bir cümlədi, əgər elə bir şey varsa, isə götürməmişdən əvvəl desinlər ki, xəbərimiz olsun, amma məncə belə bir yoxdur!
Bələdçi.az не имеет никакого отношения к Oba Market. Все отзывы добавлены индивидуальными пользователями. Bələdçi.az не несет ответственность за содержание и правдивость опыта. Рейтинг компании вычисляется на основе оценок, данных пользователями.
oba market в Баку отзывы, отзывы в Баку, жалоба Oba Market, oba market пожаловаться, жалоба, Oba Market акции, Oba Market продукты, Oba Market кампании
в Баку
