Grandmart жалобы и отзывы
Вы пользовались услугами этой компании?
-
Salam Hörmətli Grandmart rəhbərliyi. Qapıda it və pişik girə bilməz deyə qeyd olunub, amma girəndə mağazada pişiklər gəzirlər. 10 dəq əvvəl orada idim, qızıma bulka almaq üçün girdim, amma mağazada 4 pişik gördüm, 1-i də mətbəxdən bizim dayandığımız bulka stendinin altından qaçdı. Bu dəhşətli antisanitariyadır. Pişiyin hoppanıb gəzdiyi yerlərdə xəmirin açıldığını düşünərək heç nə almadan çıxdım. Toyuq və sosiskaların yanında da həmçinin pişik gəzirdi. Xahiş edirəm bu məsələ ilə ciddi məşğul olun.
-
Salam, mən Zabrat 2 filialı olan Grandmarketdə olan xanımdan şikayətçiyəm. Bu gün mənim günahımı aldı, müdiriyyətə də deyin.
-
Hörmətli Grandmart rəhbərliyi, yenidən eyni şikayəti yazmalı oluram, çünki şikayət edəcəyim xanım hələ də davranışını bilmir. Nizami filialında mağazanızda çalışan bir xanım əməkdaş haqqında ciddi şikayət bildirmək istəyirəm. Adı Məryəmdir. Həmçinin təsvir edə bilərəm: hündürboy, arıq, qara uzun düz saçlıdır. Hər dəfə onun növbəsində olduğum zaman müştərilərlə münasibəti olduqca soyuq, passiv-aqressiv və vecsiz olur. Bu, artıq təsadüfi deyil, davamlı bir hal alıb. Belə davranış müştəri məmnuniyyətinə və marketinizin imicinə ciddi zərər vurur. İstərdim ki, məsələ araşdırılsın və həmin əməkdaşa müvafiq qaydada xəbərdarlıq edilsin və ya xidmət standartları izah edilsin. Müştəri kimi belə münasibəti qəbuledilməz hesab edirəm. Təşəkkür edirəm.
Продолжить чтение... -
Hörmətli Grandmart rəhbərliyi, Mağazanızda çalışan bir xanım əməkdaş haqqında ciddi şikayət bildirmək istəyirəm. Təəssüf ki, adını bilmirəm, lakin təsvir edə bilərəm: hündürboy, arıq, qara düz saçlıdır. Hər dəfə onun növbəsində olduğum zaman, müştərilərlə münasibəti olduqca soyuq, passiv-aqressiv və vecsiz olur. Bu, artıq təsadüfi deyil, davamlı bir hal alıb. Belə davranış müştəri məmnuniyyətinə və marketinizin imicinə ciddi zərər vurur. İstərdim ki, məsələ araşdırılsın və həmin əməkdaşa müvafiq qaydada xəbərdarlıq edilsin və ya xidmət standartları izah edilsin. Müştəri kimi belə münasibəti qəbuledilməz hesab edirəm. Təşəkkür edirəm.
Продолжить чтение... -
Bakıxanov filialınızda ət məhsulları şöbəsində çox səviyyəsiz kobud, danışığın bilməyən və mədəniyyətsiz satıcınız var. Heç olmasa işə götürəndə işçilərinizə mədəniyyət öyrədin.
-
Altes plazadakı Grandmart kassirləri çox kobuddurlar və pullarımı dəfələlərlə əskik qaytarırlar və aqressiv danışırlar. Və heç bir yetkili şəxs yaxınlaşıb bir söz demir!
-
Super xidmət yüksək keyfiyyət söz yoxdur, biraz qiymətlərdə bəzi məhsullarda münasib olsa əla olar, ümumilikdə əladır.
-
Salam son zamanlarda Grandmart market çek verir nə fiskal kod görsənir nədə QR kod oxunur sanki edv götürülmesin deyə qəstən edirlər.Zəhmət olmasa aparatlara nəzarət etsinlər
Bələdçi.az не имеет никакого отношения к Grandmart. Все отзывы добавлены индивидуальными пользователями. Bələdçi.az не несет ответственность за содержание и правдивость опыта. Рейтинг компании вычисляется на основе оценок, данных пользователями.
grandmart в Баку отзывы, грандмарт отзывы в Баку, жалоба Grandmart, grandmart пожаловаться, грандмарт жалоба, Grandmart акции, Grandmart продукты, Grandmart кампании
в Баку
