App Приложение Bələdçi
Скачайте бесплатно!
Скачать
Bələdçi.az

Отзыв про Baku Electronics

17 часов назад

R
Rəsul пишет:
★
★
★
★
★

Bu yaxınlarda Baku Elektroniks internet mağazası vasitəsilə dəyəri 3499 manat olan SONY BRAVIA markalı televizor aldım. Televizoru alarkən mənə monitorunun sığortalanması üçün 500 manat ödənilməsi təklif edildi. Mən təzə televizorun monitorunun sığortalanması təklifini əvvəlcə başa düşülməz və mənasız hesab etdim. Televizorun dəyərini Azadlıq prospektindəki Lukpay qovşağının yanındakı Baku Elektroniks mağazasında ödəmiş, səhəri gün əldə etdiyim məhsulu götürmək üçün VİP Sprinterlə dükanə getdik və dükanın işçiləri heç yoxlamadan televizoru maşına yüklədilər. Televizorun yoxlanmasını tələb etdikdə bildirdilər ki ehtiyac yoxdur. Televizoru evə gətirib növbəti gün quraşdırarkən televizorun monitorunda çat olduğunu və yararsız olduğunu müəyyən etdim. Dərhal internet mağazaya müraciət etdim. Bildirdilər ki əlaqə saxlayacaqlar. 2 gün gözlədikdən sonra televizoru yükləyib dükanə qaytarmaq üçün müraciət edəndə dedilər ki bu dükan vasitəsilə sadəcə sizdən ödəniş qəbul edilib və məhsul təhvil verilib. Məhsulu sizə internet mağaza satıb, siz onlara müraciət edin. Bu faktiki olaraq klassik dələduzluqdur. Dükanın rəhbərliyinə və Baku Elektroniks şəbəkəsinin əlaqə ünvanlarına dəfələrlə müraciət edilsə də heç bir reaksiya verilmir. Müşahidə etdiyim isə o oldu ki bizim kimi aldadılmış istehlakçıların sayı həddindən artıq çoxdur. Məcburam DİN mütəşəkkil cinayətkarlıqla bağlı polis idarəsinə müraciət etmək. İnsanlar kütləvi şəkildə aldadılır.

Прочитать больше отзывов про Baku Electronics

📲  Скачайте мобильное приложение Bələdçi бесплатно!

Открывайте проверенные отзывы, делитесь своим опытом и следите за друзьями. Принимайте более взвешенные решения о компаниях и ресторанах в Азербайджане. Скачайте Bələdçi бесплатно и станьте частью сообщества, формирующего репутацию.

Скачайте мобильное приложение Bələdçi бесплатно!