Вы остались недовольны услугами или продуктом какой-либо компании?
Либо остались довольны? Поделитесь вашим опытом со всеми на Bələdçi.az
Xarab mallar satırlar
İşçiləri istismar edirlər. Müqavilədə 7 saat yazılıb ancaq 9 saat işlədirlər. Bazar günlərindədə işləməyə məcbur edirlər. Yeni mağaza açılanda oranı yığmağada mağaza işçisini göndərirlər. Mağazada bir işçi həm kassaya baxmalıdı həm mağazaya gələn malları maşından endirib mağazaya yığmalıdı həm müştəri üçün çəki ilə satılan malları çəkməlidi həm vaxtı keçmiş mallara baxmalıdı həm mağazanın sayımında iştirak etməlidi həm yeni mağaza açılanda onu yığmağa getməlidi həm mağazanı təmizləməlidi. 400 manat maaş verirlər bütün işəri gördürürlər. Bir işçinin bir işi olmalıdı ama burda bir işçi yalan olmasın 8-9 iş görür və dediklərimin hamısı həqiqətdir. İnanmayan gedib işçilərdən soruşa bilər.
Продолжить чтение...2022 ci ilde evinizde 2 mbit internet basqa bir sey demirem. Bakixanov qesebesinde sehere 10 deq mesafede internetiniz 2 mbit en yaxsi halda.
İrşaddan kreditlə telefon götürmüşdüm, bir müddət gecikmə oldu, zəng etdilər ki, 90 manat cərimə yığılıb. Dedim ki, bu gün ödəyəcəm, həm krediti, həm də cəriməni. Üstündən təxminən 1 saat keçdi, zəng edib dedilər ki, sizin ümumi ödəyəcəyiniz məbləğ 390 manatdır. 300 manat indi ödəniş edin, 90 manat cəriməni də bağlayaq, kreditiniz qurtarsın. Mən də ödədim, üstündən bir neçə ay keçdi, zəng etdilər sizin 255 manat borcunuz var. Mən də dedim heçnə ödəməyəcəm. Şikayət etdim, dedilər araşdırarıq. O gün, bu gün hələ də araşdırılır, məbləğ də günü gündən qalxır. Heç bir cavab da yoxdur. İndi buna nə ad verək?!
Продолжить чтение...İnternetin sürəti çox zəifdir. Müqavilədə qeyd olunan sürətin 5/1 qədər verirlir. Dəflərlər şikayət etməyimə baxmayaraq problem həll edilmir
Çox zəif internet sürəti verilir və qiymətlər qonşu ölkələrə nisbətən çox bahadır.
Qiymətlər bəzən digər marketlərə nisbətən daha yüksəkdi. Gündəlik təlabat mallarında endirimlər olmur, adətən çox lazım olmayan məhsullara endirim təklif edirlər.
Adını qoyublar Azərbaycanın ən sürətli interneti, zülümnən açır hər şeyi
Xidmətdən və məhsullardan məmnun qalmadım.
Xidmət və keyfiyyət əladı.
Çox məmnun qaldım
Biyabırçı şirkətdir
Pizza çox balaca dadsiz ve bahdi qiymət dehset
Şəhid uşaqlarına göstərilən diqqətə görə təşəkkürlər!
Qiymətlər çox baha, Türkiyədəki qiymətlərdən ən azı 3 dəfə bahadır.
Uşaqlar üçün aparatların əksəriyyəti işləmir, xidmət çox aşağı. Mağazalarda poddelka mallar. Çox zəif...
Müstəri ilə danışıq tərzləri sıfır.
Xidmət ve mustəri məmnuniyyəti sıfır. Yeməklərin keyfiyyəti adi dönərxanalrdakindan da aşağıdı. (Marka olmasina baxmayaraq). Qiymətsə bahalasir gunden gune. Qısaca keyfiyyətsiz qida satirlar baha qiymətə. Shaurma yeyenler bilecek ne dediyimi. Evvelki seviyyədə deyil artıq. Məsləhət gormurəm heç kimə
Optik internetin sureti cox berabaddi, musteriye yalanci suret gosterilir. Suret stabil deyil, cox tez tez donur. Hedden cox problemli olub lap son vaxtlarda. Heftenin 3 gunu islemir hec, musteri xidmeti de ki, yola verir, kabel, modem vs musterinin uzerine yixirlar.
Cox pis. Bir bank berbad.
2021ci ilde aldigim avtomobildeki zavod isyehsalı nasazlıq hələ də aradan qaldırılmayıb. 4 dəfə 2-3 günlük avtomobil servisə qoyulub lakin əsaslı təmir olunmayıb
Salam. Hər vaxtınız xeyir. Mənim şikayətim Salutem klinikasında çalışan dermatoloq Maqsud Ağazadə haqqındadır. İnstagramda gördüm profilini. Çox yaxşı işləri var. Düşündüm ki mənə faydası dəyər. Mən və rəfiqəm getdik klinikaya. Hərəmiz 40 AZN ödəniş etdik. Keçdik həkimin yanına. Sızanaq xəstəliyində əziyyət çəkənlər "Roaccutane" dərmanını yaxşı tanıyır və əminəm ki zərərlərinə də bələddirlər. Çox Avropa ölkələrində qadağan olunmuş bir zəhərdi. Nəysə. Rəfiqəmə baxdı ötəri dediki, aknedi sizdə. Genetik xəstəlikdi. Mədə-bağırsaq, hormonlar zad belə şeylərin aidiyyatı yoxdur. Mən maskada idim. Mənə də dediki sizdə də onnandı 😂😂. Dedik ki biz Roaccutan içmək istəmirik, əvvəlki müalicələrdə içmişik fəsadın görmüşük. Kobud bir tərzdə bizə dediki, Roaccutandı aranqutandı nədi ,içmiyib neyniyəssiz ki? Nə vaxta qədər belə gəzəssiz? Mən özüm də içmişəm, uşağım da içir, yaxınlarım da içir Roaccutanı -o zəhəri bizə elə təlqin edirdi ki, az qaldım elə deyim ki, gətir ee gətir içim 😁. Bir sözlə, bir əlinə lazer bir əlinə Roaccutan alıb,analizsiz zadsız diaqnoz qoyan, "akne"-dən başqa heçnə bilməyən, millətin canına düşən həkimlərə inanmayın.
Продолжить чтение...Salam. Şikayətim "Adore" (İdeal) mağazasından, daha doğrusu satdığı məhsullardandir. Belə ki, yüksək qiymətə məhsul satıb keyfiyyəti isə qiymətinə uyğun deyil. Bir neçə gün qabağ 200 AZN yaxın Chanel tualet suyu əldə etdim. Alan gündən gördüm ki, nəsə düz deyil, məhsulu iyi 3 saat belə qalmır. . . Birinci dəfə istifadə etsəm, deyərəm ki səhv məndədir, axı bu birinci dəfə deyil, iy ən azı 9 saat qalmalıdır bu məhsulun. Mən artıq almışam, burda heçnə etmek mümkün deyil, heç olmasa siz aldanmayın.
Şikayətim MilliÖn (Komtec LTD)'dəndir. Belə ki, 23 mart 2020 tarixində Nərimanov metrosunun girişindəki MilliÖn aparatlarına yaxınlaşıb, başqasının Kapital Bank hesabına 1170 azn qoymağa çalışdım. Bütün məbləği aparata daxil etməyimə baxmayaraq, aparat ekranda yekun məbləği mənə 1070 azn kimi göstərdi. Yatırmalı olduğum məbləğ 1170 azn olduğu üçün məcburən 100 azn də əlavə etdim ki, hesab düz olsun və sonra MilliÖn'lə əlaqə saxlayıb pulumu geri alaram. Çünki MilliÖn'dəki problemin hesabına pul yatırdığım adama heç bir dəxli yoxdur. Sonda aparat 1170 azn'lik qəbz də verdi. Sonra MilliÖn'lə elaqə saxladım və aparatın 100 azn'imi götürüb, saymadığını dedim. Onlar da araşdırıb 3 gün ərzində xəbər verəcəyik dedilər. Həmin 3 gün oldu 10 gün, bir xəbər çıxmadı. Axırda özüm zəng etmişəm, deyirəm nə oldu sizin cavabınız ? Deyir biz zəng elədik siz acmadınız. Halbuki yalan danışırlar, çünki telefonum gecələr də daxil hər zaman açıqdır və mənə heç bir zəng gəlməyib. Hətta tesadüfən set olmasa belə, set olan kimi mənə qaçırtdığım zənglər barədə mütləq xəbərdarlıq mesajı gəlir. Nə isə nəticə o oldu ki, şifahi şəkildə dedilər "biz tərəfdən belə bir şey aşkarlanmayıb", vəssəlam. Biraz qışqır bağır saldıqdan sonra dedilər ki, yaxınlaşın ofisə, ərizə yazın! Getdim ofisə ərizə yazdım, yenə dedilər 3 iş gününə cavab çıxacaq. Üstündən yenə təxminən 10 gün keçdi, yenə də cavab yox. Yenidən zəng etdim, dedilər "araşdırırıq hələ, cavab verəcəyik..." Ustundən təxminən 5 gün də keçdi və cavab gəldi. Cavabı aşağıda sizə təqdim edirəm. Şəxsən məni bu cavab qətiyyən qane etmir. Cünki məktubdan da gördüyünüz kimi bu konkret yola verməkdir və heç bir qanuni, texniki əsaslanması yoxdur. Çünki məktubda araşdırmanı necə aparmaqları barədə heç bir məlumat verilmir, heç bir sübut, əsas, fakt da təqdim olunmayıb. Məktubdan belə başa düşürəm ki, ya icraçının əsaslı cavab hazırlamağa savadı çatmayıb, ya da ki müştərilərini konkret saymırlar, laqeyd münasibət göstərirlər. Cünki nə aparatdakı mənimlə bağlı "log" məlumatlarını məktuba əlavə etməyiblər, nə hər hansı mədaxil/məxaric çıxarışı yoxdur, nə sayğac məlumatları yoxdur, nə kamera görüntüləri yoxdur, nə aparatda yığılmış pulu götürən şəxsin şirkətlə təhvil-təslim aktı yoxdur, nə də hər hansı başqa əsaslı məlumat, araşdırma izahı.
Продолжить чтение...Salam. 20 gün bundan əvvəl Kontakt Homa gedib pulu nağd ödəyib qabyuyan aldım. Dedilər 3 gün sonra gələcək, amma 1 həftə sonra qabyuyanı gətirdilər və qoşdular. Vacib lazımlı olduğu üçün gətirilən gündən qoşulub. Lakin gətirilən gündən işlədəndə maşın işləmədi. Nə qabları təmiz yumur ,nə də ki, tam qurutmur. Bu vaxta gədər servis 5 dəfə gəlib baxıb. Yenə də işləmir. Usta gedib mağazada deyib ki, güya maşın düzəlib. Blə dələduzluq olmaz! 20 gün ərzində 5 dəfə servis olar zəng vurmağdan yorulmuşuq.. Bu maşını dəyişdirib yenisi ilə əvəz etməyi tələb edirəm, yoxsa ki, şikayətim məhkəmədə olacaq.
Продолжить чтение...Здравствуйте. Я не знаю будут читать мой отзыв или нет, но я всё таки напишу. Леобанк очень продвинутый. Все быстро и чётко. Один минус это- код CVV написано на одном стороне вместе с другими кодами. Если можно то поменяйте. Отправить 16- код кому то очень трудно.
Salam. Dostum Kontakt Home Mağazasından online sifariş edib Xiaomi model telefon alıb. 2-3 gün işlətdikdən sonra batareyanın kəskin azalmasını hiss edib. Təzə telefon olmasına baxmayaraq normal saxlamır. Mağazaya yaxınlaşdıq Servise müraciət etməyimizi dedilər.Servisə getdik. Telefona baxış keçirildi və servisdə qaldı. Öz mütəxəssisləri baxışdan sonra heç bir problem tapılmadığını dedilər.Daha sonra rəsmi servisə göndərəcəklərini deyibler. Özünədə sadə telefon veriblər ki, götür hələlik işlət. 14 gün ərzində qaytarılma və dəyişdirilmə olduğu halda niyə belə uzadırlar ki???
Продолжить чтение...
"Həqiqətən necə də anormal adamları işə götürürsünüz! 10 dəqiqədir gözləyirəm, gəlirəm deyə-deyə məhləmə çatanda ləğv elədi! Kartdan da artıq gediş haqqı çıxılmışdı! Səhər səhər adamın əsəbləri ilə oyn..."
— Rüqəyya
"Salam, mənim aylıq borcum 7 AZN-dir. Niyə aylıq ödənişdən sonra təzdən faktura borc 4.95 AZN olur? Hər ay belə olur. Məni başa salan olsun ki, bu borc nədən yaranır?"
— Sadiq
"Megalink çox bərbad bir şəbəkədir, başqa heç bir söz yoxdur."
— Şahin
"Mən işçi olaraq sizdən cavab ala bilmirəm, nə insan resursları, nə də rəsmisi səhifəniz mənə işdən çıxış barədə məlumat verilməyib. Vəkilim gələn kimi Azərbaycana ilk işim sizi məhkəməyə vermək olacaq..."
— Fəxriyar