Bələdçi.az

Отзыв про ASAN xidmət

1 год назад

İ
İbrahim пишет:

Salam, 2 saylı ASAN xidmətə Nikahın qeydə alınması şöbəsinə müraciyyət etmişik (ərizə, dövlət rüsumu, tibbi arayış təqdim edilib) 06.02.23 ci il tarixdə, və müddətin azaldılması ücün German Hospitaldan qanuna əsasən möhürlü imzalı Arayış Təqdim etdik. Arayışın müddətinin 30 gündən cox olduqunu əsas tutub bizdən qəbul etmədilər və niqahı qeydə almadılar. Qeyd etmək istərdim, qanunda nəzərdə tutulan səbəblər aşağıda qeyd olunub: Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar aid edilə bilər. Bu hallar müvafiq sənədlərlə (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) təsdiq edilməlidir. Burda müddətdən bir kəlmədə yazılmayıb, Rəsmi imtina haqqında nə sənəd və ya digər bir yazı təqdim etmədilər, şifayi şəkildə niqahın qeydə alınmasına imtina edildi, əməkdaş Aygun Hüseynova oranin rəhbəri Aytən Muradova ilə telefon bağlantısı yaradıb (istrahət günü olduğa görə) və cavab alıb bizə bildirdi. Xahiş edirəm araşdırma aparıb və nigahın tez bir zamanda qeydə alınmasına dəstək olasız.

★
★
★
★
★
Оценка: Плохо

Поделиться: