
Aztelekom жалобы и отзывы

На этой странице вы можете прочитать жалобы и отзывы про Aztelekom. Также вы можете оставить свой собственный отзыв про Aztelekom.
Вы пользовались услугами этой компании?
Отзывы (67)
-
Aztelekomun işçiləri internet çəkməyə gəlirlər, biri deyir "ucluq" yoxdur, o biri deyir "danam acından öldü, gedirəm danaları yemləməyə". Bir sözlə, işçilər başsızdır, nəzarət sıfır səviyyəsindədir. Düzgün bir rəhbər işçi təyin etməyiblər ki, işi ardıcıl şəkildə bölsün. İnternetin sürətinə gəlincə, 100mbps deyirlər, amma heç 49 mbps yoxdur. Amma 27 AZN ödəmək tələb olunur. Bir sözlə, bardaq nəzarət yoxdur. Allah millətimizə kömək olsun.
-
Gün ərzində dəfələrlə internet kəsilir, 100 mbps sürət üçün 25 AZN alırlar, amma sürət 25-30 mbps, bəzən ən yaxşı halda 50 mbps olur. Modemləri çox zəifdir, naqillərin keyfiyyəti zəifdir. Əlavə olaraq, işıqlar tez-tez kəsildiyi üçün internet xidməti daimi əlçatan deyil.
-
Biz Quba rayonu Haçaqalar kəndində yaşayırıq. Bizim kəndə internet çəkilib, bizə çəkilməyib. Gəlib baxıb deyirlər ki, biz özümüz torba qoymalıyıq, korobka ilə ev arasında 60-70 metr məsafə var. Bu düzgündür?
-
Aztelecom və KATV 1 iddia etdiyi 100 mbps internet sürəti yerinə 36-37 mbps təmin edir. Bununla bağlı şikayət etdikdə, "bizdə belədir, hara istəyirsiniz şikayət edin, bizdə və bütün şirkətlərdə belədir" deyib müştərinin şikayətinə baxmırlar. Əgər sürət əvvəlki kimidirsə, niyə 25 manat tələb edirlər bizdən? İnternetin qiyməti həddindən artıq bahadır. Təkcə mən yox, bütün vətəndaşlar narazıdır. Xahiş edirəm, internet sürətinə görə qiymət müəyyən edilsin. Sürət aşağı olduğu üçün qiymət də ona uyğun təyin olunsun.
-
Bir həftə bundan əvvəl 25 AZN ödəniş etmişəm, amma 100-lük sürət yoxdur. İnternet çox zəif işləyir. Adi WhatsApp mesajı yazanda gec gedir, internetdə də ləngimələr var. Bundan əlavə, şirkətinizə zəng edirəm, amma mənzil başına heç bir usta gəlmir və ciddi tədbir görülmür. Dəfələrlə zəng etdim, konturum gedir. Ev telefonu ləğv edilib. Nömrəm 05******** qeydiyyata alınıb, lakin heç bir usta zəng etməyib. Mingəçevir ofisiniz əlaqə saxlamır. Usta göndəriş edirsiniz, nə gələn var, nə də zəng edib maraqlanan. Yeni provayderə keçmisiniz, niyə ciddi tədbir görülmür? Modemin sisteminə baxılmır, naqillər cihazlarla yoxlanılmır. Əvvəllər zəiflik olanda özüm sistemə girib restart verirdim, amma indi sistemə daxil olmaq mümkün deyil. Sürət 2.25-3 mbps arasında oynayır, elə olur heç sürəti yoxlamaq belə olmur, və hətta mesaj da gəlmir. Hörmətli müştəri, yaranan texniki nasazlığa görə üzr istəyən yoxdur və texniki nasazlığın aradan qaldırılması haqda müştərilər məlumatlandırılmır. Belə mənfi hallar yaradılsa, bütün müştərilər şirkətinizi tərk edəcək və digər provayderin abunəçisi olacaq.
Продолжить чтение... -
Həqiqətən internet müqavilədə göstərildiyi kimi deyil. Zəhmət olmasa, qiyməti qaldırdığınız kimi 100mbps sürətlə təmin edin.
-
İnsanların cibinə girməyin. Vətəndaş 12 aylıq müqaviləni pozduqda 140 manat cərimə alırsınız. Yaxşı, onda deyin görək, müqavilədə qeyd olunan sürət olmadıqda və ya internet işləmədikdə niyə provayderlər vətəndaşa geri ödəniş etmir? Axı siz müqavilədəki öhdəlikləri pozmuş olursunuz. Yeni tarifə əsasən 100mbps üçün 25 manat aldınız, amma 100mbps sürət yoxdur. Biz hara, kimə müraciət edək?
-
İnternetin sürəti çox zəifdir, həddən artıq. Zəng edib 2 dəfə müraciət etmişəm, amma baxan yoxdur.
-
Salam. Şəki şəhərində N.Nərimanov küçəsində internet çox zəifdir, hal-hazırda demək olar ki, heç yoxdur. Dəfələrlə deyilsə də, əməl edən yoxdur. Bunun pulunu qaldırıb 21 manatdan 27 manat etdiniz, heç olmasa internet verin də biz də istifadə edək, yeni boş yerə pul verməyək.
-
May ayında çəkilmiş interneti, evdə təmir olduğu üçün istifadə etmədiyimdən bağlatdırmaq istədim. Məndən 110 AZN tələb etdilər, ya da ödənilmədiyi halda 140 AZN cərimələnəcəyim bildirildi. Səbəb? Mən 18 AZN-ə qol çəkmişəm, 25 AZN-ə yox. Əgər məsələ modemlə bağlıdırsa, modemi götürsünlər, mənə lazım deyil.
Bələdçi.az не имеет никакого отношения к Aztelekom. Все отзывы добавлены индивидуальными пользователями. Bələdçi.az не несет ответственность за содержание и правдивость опыта. Рейтинг компании вычисляется на основе оценок, данных пользователями.
aztelekom Баку отзывы, азтелеком отзывы Баку, жалоба Aztelekom, aztelekom пожаловаться, азтелеком жалоба, Aztelekom акции, Aztelekom продукты, Aztelekom кампании